Icma.az
close
up
RU
Bakıda gənc oğlan sevgilisinə xəsarət yetirdi TƏFƏRRÜAT

Bakıda gənc oğlan sevgilisinə xəsarət yetirdi TƏFƏRRÜAT

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakının Səbail rayonunda 1999-cu il təvəllüdlü Xəqani şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qeyri-rəsmi münasibətdə olduğu Samirəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin dekabrın 13-də baş verib. Xəqani  həmin gün saat 23:30-da şəxsi münasibətlərinin kəskinləşməsi ilə əlaqədar qısqanclıq zəminində əvvəllər qeyri-rəsmi münasibətdə olduğu Samirəni şillə ilə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Xəqaninin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xəqani ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Samirə ilə bir müddət qeyri-rəsmi ər-arvad münasibətlərində olub: “Dekabrın 13-də, saat 23:30-da Samirə mənə zəng edərək əsəbi halda görüşmək istədiyini bildirdi. Bundan sonra yaşadığımız binanın həyətinə əsəbi halda gələn Samirə mənim anamın evinə gedib-gələn Aysu adlı qadının onun dalınca əxlaqsız olmağına dair ifadələr işlətdiyini və məndən həmin qadının dediklərini nə üçün təsdiq etdiyini soruşdu. Bu səbəbdən aramızda mübahisə baş verdi. Samirə məni təhqir etdi. Mənim üstümə hücum edərək boğazımdan tutdu. Mən isə Samirənin qolundan tutaraq sakitləşdirmək istədim. Lakin onu döymədim və xəsarət yetirmədim. Mən Samirəni özümdən kənarlaşdırmaq istəmişəm. Bu zaman Samirə ayağı ilişdiyi üçün yıxılıb. Daha sonra hərəmiz öz evimizə getdik”. 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Samirənin sözlərinə görə, dekabrın 13-də, Xəqanini görüş üçün həyətlərinə çağırıb: “Həmin zaman əsəbi halda Xəqaniyə onun anasının evinə gedib-gələn Aysu adlı qadının haqqımda əxlaqsız olmağıma dair xoşagəlməz ifadələr işlətdiyini bildirdim və Xəqanidən nə üçün həmin qadının dediklərini təsdiq etdiyini soruşdum. Bu zaman aramızda mübahisə düşdü. Mən Xəqaninin üzərinə hücum etdim, saçını yoldum və təpiklədim. Lakin xəqani məni vurmadı və ümumiyyətlə məni döymək niyyəti olmadı. Çünki Xəqani mənə deyil, mən ona hücum etmişəm. Xəqaniyə hücum etdiyimdən məni sakitləşdirmək və özümdən uzaqlaşdırmaq üçün əvvəlcə qollarımdan tutdu, sonra yerə itələdi. Bundan sonra mən yerə yıxıldım. Öz ehtiyatsızlığım nəticəsində xəsarət aldım. Xəqani mənim qoluma vurmadı. Mən özmü yerə yıxılarkən qolumdan zədə aldım. Həmçinin hadisə zamanı Xəqanini əlində heç bir əşya olmayıb. Daxişli İşlər Nazirliyinin “102” xidmətinə mənim atam məlumat verib”. 
Bu cinayət işinə Səbail Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Xəqanini əməli sübuta yetirilməyib. Onun barəsində bəraət hökmü çıxarılıb. 
Hökmdən narazı qalan dövlət ittihamçısı tərəfindən apellyasiya şikayəti verilib. Dövlət ittihamçısı hökmün ləğv edilməsini, Xəqaninin Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməsi barədə ittiham hökmü çıxarılmasını xahiş edib. 
Dövlət ittihamçısının protesti araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Protesti araşdıran hakimlər heyəti sonda qərar elan ediblər. Qərara görə, dövlət itithamçısının protesti təmin edilib və Səbail Rayon Məhkəməsinin hökmü ləğv olunub, yeni hökm çıxarılıb.
Yeni hökmə əsasən, Xəqani Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 1000 manat məbləğində cərimə cəzasına məhkum edilib.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Noyabr 2024 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri