Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Bakıda qayınata kürəkəninə xəsarət yetirdi TƏFƏRRÜAT

Bakıda qayınata kürəkəninə xəsarət yetirdi TƏFƏRRÜAT

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Bakının Suraxanı rayonunda qayınata və kürəkən arasında yaranan mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin mayın 20-də Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq yaşayış massivində baş verib.
Ucar rayon sakini, 1960-cı il təvəllüdlü Məmməd Məmmədov həmin gün saat 21:00-da  yaşadığı nömrəsiz fərdi evin həyətində kürəkəni Zaur Babayev ilə qızı Süsənin (ad-soyad şərtidir – red.) ailə münasibətlərinə müdaxilə  etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı dəmir parçası ilə onun sifət nahiyəsindən vurub. 
Hadisəni törədən M. Məmmədovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, onun qızı Süsən 2015-ci ildə zərərçəkmiş şəxs ilə ailə həyatı qurub: “Bu evlilikdən iki azyaşlı oğlan uşaqları var. Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivində yanbayan iki torpaq sahəsi aldım. İlk əvvəl həmin torpaq sahəsində özüm birmərtəbədən ibarət dörd otaqlı ev tikdim, ailəm ilə yaşamağa başladım. Həmin vaxt kürəkənim Zaur ailəsi ilə birlikdə kirayə yaşayıb. Kürəkənimə və qızıma da bizimlə birlikdə yaşamağı təklif etdim. Qızım mənimlə razılaşaraq birlikdə yaşamağa başladı”. 
Müttəhim qeyd edib ki, bundan əlavə torpaq sahələrinin yanında olan kürəkəni Zaura verdiyi torpaq sahəsində ev tikdirməyə kömək edib və Zaur evi tikdirərək yekunlaşdırıb: “Bir müddətdir ki, qızım və nəvələrim mənimlə yaşasalar da, kürəkənim Zaur yeni tikilən evin bir otağını yarımçıq düzəldərək həmin evdə yaşayıb. Son zamanlar kürəkənimin qızıma olan münasibətinə görə onunla mübahisəm düşüb. Kürəkənim evə pul gətirməyib, evin təmirini başa çatdırmayıb, həyat yoldaşına qarşı soyuq münasibət bəsləyib”. 
M. Məmmədov əlavə edib ki, mayın 20-də, saat 21:00-da kürəkəni Zaura həyat yoldaşı ilə nə üçün soyuq davrandığını, evə pul gətirmədiyini irad kimi bildirib: “Bu zaman Zaur da mənə cavab qaytardığı üçün aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbi olduğum üçün yerdən dəmir parçasını götürdüm və kürəkənimin üzünə vuraraq ona xəsarət yetirdim. Bundan sonra kürəkənim evdən getdi. Bir qədər sonra Zaurun  barəmdə polisə şikayət etdiyini öyrəndim”. 
Təqsirləndirilən şəxs ifadəsinin sonunda kürəkəni ilə barışdığını deyib. O bildirib ki, zərərçəkmiş şəxs ona qarıı şikayətini geri götürüb. 
Bu cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılıb. Məhkəmə onların barışmasını nəzərə alıb. Bu səbəbdən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib.
O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 İyul 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see603

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see358

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see270

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see263

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see254

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see249

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see247

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see240

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see237

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see231

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see217

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see217

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see208

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see208

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see207

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see203

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see201

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see200

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see199

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri