Bakıda gənc tennisçilər arasında şəhər birinciliyi keçiriləcək Qeydiyyat başladı
Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakıda gənc tennisçilər üçün ilin ən gözlənilən və maraqlı idman hadisələrindən birinə start verilir. Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə "Bakı Şəhər Birinciliyi 2026" turniri keçiriləcək.
BAKU.WS xəbər verir ki, artıq yarışda iştirak etmək istəyən idmançılar üçün qeydiyyat mərhələsi açıq elan olunub.
Turnirin Təqvimi və Kateqoriyalar Yarışlar 22-27 iyun 2026-cı il tarixlərində baş tutacaq. Turnirdə fərqli yaş qruplarında olan oğlanlar və qızlar öz qüvvələrini sınaya biləcəklər.
Birincilik aşağıdakı kateqoriyalar üzrə keçiriləcək:
8–10 yaş: Oğlanlar və Qızlar
11–12 yaş: Oğlanlar və Qızlar
13–14 yaş: Oğlanlar və Qızlar
15–18 yaş: Oğlanlar və Qızlar
Qeydiyyat Şərtləri Yarışda iştirak etmək, öz bacarığını nümayiş etdirib Bakı çempionu adını qazanmaq istəyən gənc idmançılar mütləq şəkildə öncədən qeydiyyatdan keçməlidirlər.
Son müraciət tarixi: 19 İyun 2026, saat 18:00
Müəyyən olunmuş vaxtdan gecikən müraciətlər qəbul edilməyəcək.
Turnirə onlayn müraciət etmək üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz:
Qeydiyyat Linki https://docs.google.com/forms/d/1guaVPkyA_MrL_9GX0B5bWeU4cPDSQR00rgaRskNKgI0/viewform?pli=1&pli=1&edit_requested=true
Öz bacarığını nümayiş etdirmək, yeni təcrübə qazanmaq və Bakı çempionu olmaq şansını qaçırma!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 01 İyun 2026 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















