Bakıda gizləndikləri evdə tutuldular İki nazirlikdən birgə ƏMƏLİYYAT
Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
bakıda cinayət törədənlər gizləndikləri mənzildə saxlanılıblar.
Bu barədə Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin mətbuat xidmətlərindən Lent.az-a daxil olan birgə məlumatda bildirilib.
Qeyd olunub ki, polis əməkdaşları tərəfindən törətdikləri cinayət əməllərinə görə axtarışda olan 38 yaşlı Nəcəfxanov Anar Abdula oğlu və 40 yaşlı Əliyev Əhməd Fərhad oğlunun Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən mənzillərdən birində gizləndikləri müəyyən edilib. Mənzilin qapısının açılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat verilib.
Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Birgə keçirilən əməliyyat nəticəsində mənzilin giriş qapısı açılaraq axtarışda olan şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
Baxış sayı:84
Bu xəbər 08 Mart 2025 19:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















