Icma.az
close
up
RU
Rusiyada tutuldular, Bakıda peyda oldular: İki ölkəni çalxalayan əməliyyat FOTO

Rusiyada tutuldular, Bakıda peyda oldular: İki ölkəni çalxalayan əməliyyat FOTO

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dekabrın 16-da Yekaterinqburq məhkəməsi Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində fəaliyyət göstərən Marksist təşkilatın üzvləri ilə bağlı hökm çıxarıb. Sözügedən dəstə üzvləri hələ 2022-ci ildə Marksist dərnək qurmaq, sovet ideologiyasının təbliği ilə bağlı tədbirlərdə iştirak, Başqırdıstanda hakimiyyəti zorla ələ keçirmək və konstitusiya quruluşunu dəyişməyə hazırlıqda ittiham olunaraq saxlanılıblar. Lakin 3 il sonra təşkilatın 5 üzvünə də hökm oxunub, onlar 16-22 il müddətinə həbs cəzasına məhkum ediliblər.

Dəstə üzvlərinin daimi şəkildə alman filosoflar Karl Marks və Fridrix Engelsin əsərlərini oxuduqları, Leninin fikirlərini müzakirə etdikləri və SSRİ-nin keçmiş lideri İosif Stalinin adına fəaliyyət göstərən muzeydə görüşdükləri ortaya çıxıb. Məlumata görə, saxlanılan beş nəfər təşkilatı hələ 2022-ci ildə qurublar. COVİD-19 müddətində isə Başqırdıstanda hökumət çevrilişi planlayaraq “Sovet respublikası” qurmaq istəyiblər, lakin alınmayıb. Hüquq mühafizə orqanları onları bir müddət izlədikdən sonra təhlükəli vəziyyətin olduğunu təsdiqləyib və hərəkətə keçiblər. Nəticədə aralarında parlamentin keçmiş üzvü, tanınmış həkim, veteran və taqaüdçünün yer aldığı təşkilat nümayəndələrinə 3 il davam edən prosesdən sonra yekun hökm oxunub.


Ufada saxlanılan dəstə üzvləri məhkəmədə

Azərbaycan nə baş verdi?

Maraqlıdır ki, hələ noyabr ayında oxşar mənzərə Bakı küçələrində də müşahidə olunmuşdu. Sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxs polisin vaxtında müdaxiləsi nəticəsində saxlanıldı. Yürüyüşdə iştirak edən 4 nəfər barəsində cinayət işi açıldı.

Bakıda aparılan istintaqla həmin şəxslərin başqa bir dövlətin dəstəyi və ayırdığı maliyyə hesabına ofis icarəyə götürərək qrup halında fəaliyyət göstərməsi və vaxtaşırı toplantılar həyata keçirməsi müəyyən olundu. Saxlanılan şəxslərə məxsus ofis və mənzillərə baxış zamanı kommunist ideologiyasının təbliğinə yönəlik çoxsaylı materiallar, bayraqlar, radikallığı təbliğ edən kitab nüsxələri, CD-disklər və digər elektron cihazlar aşkarlanaraq götürüldü. Ufa hadisəsi ilə tək fərq bu şəxslərin demək olar heç birinin ciddi nüfuzunun, geniş auditoriyasının olmamasıdır.


Bakıda keçirilən yürüyüşdən

Daxildə artan narazılıq

Lakin son zamanlarda Rusiya Federasiyasının tərkibindəki qeyri-rus respublikalarda Moskvaya qarşı xüsusi narazılıq və anlaşılmazlıq müşahidə olunur. Bu vəziyyət sadəcə Başqırdıstanla kifayətlənmir, Hətta Tatarıstan, Dağıstan rəhbərliklərinin də əslində Kremllə fikir ayrılığı yaşadığı deyilir. Əsasən federasiya daxilində qeyri-rus etnosların, həmçinin Mərkəzi Asiyanın postsovet ölkələrində milliyyətçilik, etnik kimliyə dönüş kampaniyalarına marağın artması bu baxımdan təsadüfi deyil. Məsələn, başqırd türklərinin qədim inanclarının sintezi olan “Humay” mahnısını ifa edən “Ay yola” qrupunun yüksəlişi və mahnının trend olmasının Moskvada əvvəlcə birmənalı qarşılanmadığı, lakin daha sonra qrupa artan marağı gördükdə məcbur qalaraq onların efirlərə dəvətinə, ictimaiyyətə televiziya vasitəsilə təqdimatına icazə verildiyi iddia olunurdu. Kreml hər nə qədər Rusiya xalqının və digər millətlərin müharibəni, o cümlədən hökumətin siyasətini dəstəklədiyini desə də, kəskin fikir ayrılıqlarının olduğu artıq tamamilə aydın müşahidə edilir. “Sovet hökuməti” qurmaq istədiyi bildirilən dəstənin də saxlanılması, 3 il sonra hökmün çıxarılması da bu proseslər fonunda fərqli dəyərləndirilə bilər.

Moskvanın Cənubi Qafqaza, xüsusilə geosiyasi mühitdə daha da güclənən, regionda liderliyi ələ alan Azərbaycana təsir rıçaqlarını bir-bir itirdikcə, müxtəlif üsullara baş vurduğu sirr deyil. Burada insanların daha çox sosial qayğılarından meydana gələn ehtiyac və duyğuların qabardıldığı, sovet dövrünün təbliği metoduna əl atılması artıq “son həmlə” kimi dəyərləndirilməlidir.

Görünür, Moskvanın itirməkdən qorxduğu sadəcə keçmiş postsovet məkanı deyil, həm də daxildə artan narazılıq, etnosların milli özünüdərkinin güclənməsi və federasiyanın parçalanması ehtimalıdır. Bu baxımdan türk xalqlarındakı vəziyyət xüsusilə diqqət çəkir.

Ayşən Mustafa
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Dekabr 2025 02:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see280

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see217

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see216

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see212

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see210

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see190

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see190

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see185

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see169

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see169

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see165

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see165

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see160

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see158

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see158

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see158

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see157

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see151

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see148

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri