Icma.az
close
up
RU
Bakıda görkəmli qazax yazıçısı Muxtar Auezovun “Abay” kitabının təqdimatı olub

Bakıda görkəmli qazax yazıçısı Muxtar Auezovun “Abay” kitabının təqdimatı olub

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 23 aprel, AZƏRTAC

Aprelin 23-də Azərbaycanda Atatürk Mərkəzində görkəmli qazax yazıçısı Muxtar Auezovun “Abay” kitabının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Atatürk Mərkəzi və Beynəlxalq Türk Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən təqdimatda Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri və media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov Muxtar Auezovun həyat və yaradıcılığı barədə ətraflı məlumat verərək, onun “Abay” romanında türk xalqlarının ortaq mənəvi dünyasını əks etdirdiyini vurğulayıb. O, Muxtar Auezovun “Abay” əsərinin yalnız qazax ədəbiyyatının deyil, ümumtürk dünyasının müstəsna bədii irs nümunələrindən biri olduğunu qeyd edib. Akademik diqqətə çatdırıb ki, əsər təkcə Qazaxıstan üçün deyil, bütün türk dünyası üçün dərin fəlsəfi və tarixi əhəmiyyət daşıyır.

Nizami Cəfərovun sözlərinə görə, bu təqdimat mərasimi Azərbaycan ilə Qazaxıstan arasında mədəni əlaqələrin daha da inkişafına mühüm töhfə verir, ortaq tarixi və ədəbi dəyərlərimizin paylaşılmasında əhəmiyyətli rol oynayır.

Tədbirdə çıxış edən Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev bugünkü tədbirin əhəmiyyətindən danışaraq bildirib ki, “Abay” əsəri bütün türk dünyasının ortaq dəyəridir. O qeyd edib ki, Auezovun yaradıcılığı təkcə Qazaxıstan ədəbiyyatı ilə məhdudlaşmır, bu əsərlər bütün türk dünyasının ədəbi və mədəni sərvətidir.

Şahin Mustafayev, eyni zamanda rəhbərlik etdiyi Beynəlxalq Türk Akademiyasının fəaliyyəti, əsas məqsəd və vəzifələri haqqında da danışıb. Bildirib ki, Akademiyanın əsas missiyası türk dünyasının ortaq tarixini, dilini və mədəniyyətini araşdırmaq, bu dəyərləri gələcək nəsillərə çatdırmaq və türk xalqları arasında elmi-mədəni əməkdaşlığı gücləndirməkdir.

Şahin Mustafayev çıxışında qeyd edib ki, Beynəlxalq Türk Akademiyası tərəfindən bir sıra tanınmış ziyalıların, o cümlədən Abbasqulu ağa Bakıxanovun və Bəkir Çobanzadənin əsərləri müxtəlif türk dillərinə tərcümə olunub. Bu təşəbbüslər ortaq ədəbi irsin paylaşılmasında və mədəni inteqrasiyanın dərinləşdirilməsində mühüm rol oynayır.

Tədbirdə çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel “Abay” romanının Azərbaycan oxucusuna təqdim olunmasını ölkələrimiz arasında mədəni əlaqələrin inkişafı baxımından mühüm hadisə kimi dəyərləndirib.

Səfir vurğulayıb ki, Azərbaycan və Qazaxıstan ortaq tarixi, dili və mədəni köklərə malik ölkələrdir və bu kimi təşəbbüslər bu birliyin daha da güclənməsinə, xalqlar arasında qarşılıqlı anlaşma və mədəniyyətlərarası dialoqun inkişafına xidmət edir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatları Fazil Mustafa, Hikmət Babaoğlu və digərləri əsərin nəinki ədəbi, həm də ideoloji baxımdan türk dünyası üçün böyük əhəmiyyət daşıdığını bildiriblər. Qeyd olunub ki, əsərdə təkcə Abay Kunanbayevin həyatı deyil, eyni zamanda, türk xalqlarının ortaq taleyi, milli oyanış və maarifçilik ideyaları əks olunub.

Natiqlər bu cür nəşrlərin xalqlar arasında mədəni körpülər yaratdığını və ortaq mənəvi irsin qorunmasına xidmət etdiyini vurğulayıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Aprel 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see300

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see242

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see234

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see211

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see192

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see182

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see173

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see172

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see164

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see153

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see149

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see133

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see129

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see127

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see126

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see124

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri