Icma.az
close
up
RU
Muxtar Auezovun Abay haqqında romanının latın qrafikasında olan nəşri təqdim edilib

Muxtar Auezovun Abay haqqında romanının latın qrafikasında olan nəşri təqdim edilib

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda Atatürk Mərkəzində Qazaxıstanın Azərbaycandakı Səfirliyinin iştirakı ilə Beynəlxalq Türk Akademiyasının təşəbbüsü əsasında çap olunan Muxtar Auezovun “Abay” romanının Azərbaycan dilində yeni nəşrinin təntənəli təqdimat mərasimi keçirilib. Yeni nəşr dahi qazax mütəfəkkiri və maarifçisi Abay Kunanbayevin 180 illiyinə həsr olunub.

Təqdimat mərasimi Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov, Milli Məclisin deputatları, TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri Fəxri Hacıyev, həmçinin elmi və təhsil ictimaiyyətinin nümayəndələrdən, ədəbiyyat xadimlərdən ibarət geniş qonaq kütləsini bir araya gətirib.

Tədbirdə salamlama nitqi ilə Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev çıxış edib. O, vurğulayıb ki, bu nəşr təkcə əsərin ilkin bədii gücünü bərpa etmir, eyni zamanda Qazaxıstan ilə Azərbaycan arasında mədəni əlaqələrin möhkəmləndirilməsini simvolizə edir.

Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel öz çıxışında Qazaxıstan-Azərbaycan əməkdaşlığının hazırkı vəziyyəti haqqında söz açıb. O, mədəni-humanitar əməkdaşlığın ikitərəfli münasibətlərin ən vacib istiqamətlərindən biri və bu kontekstdə kitabın nəşri daha bir əlamətdar hadisə olduğunu deyib.

Roman ilk dəfə 1954-cü ildə Əyyub Abbasov tərəfindən Azərbaycan dilinə tərcümə olunub, bu zaman tərcümə rus dilindəki versiyadan əsas götürülüb. O vaxtdan bəri, yəni yeddi onillikdən artıq bir müddətdə bu kitab yenidən nəşr edilməyib, geniş Azərbaycan oxucu auditoriyası üçün əlçatmaz olaraq qalıb.

Romanın yeni nəşrində kiril əlifbası müasir ədəbi dil normalarına uyğun olaraq Azərbaycan əlifbasının latın qrafikası ilə əvəz olunub ki, bu da əsəri gənc oxucular nəsli üçün daha əlçatan və anlaşılan edir.

“Romanın bu formatda nəşri təkcə ədəbi hadisə deyil. Bu, mədəni yaddaş aktı, ortaq mənəvi irsə hörmətin təzahürü və onun qorunmasına töhfədir. Akademiya türk xalqlarının mədəni və mənəvi irsinin öyrənilməsi və təşviqi sahəsində hərtərəfli fəaliyyətini davam etdirəcək,” –Akademiyanın rəhbəri vurğulayıb.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Aprel 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri