Icma.az
close
up
RU
Bakıda gözdən əlil olan kişi qohumunu niyə qətlə yetirib? TƏFƏRRÜAT

Bakıda gözdən əlil olan kişi qohumunu niyə qətlə yetirib? TƏFƏRRÜAT

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Bakının Qaradağ rayonunda 1982-ci il təvəllüdlü birinci qrup gözdən əlil Qəhrəman Babayev şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı, 1980-ci il təvəllüdlü Xaliq Əhmədovu (ad-soyad şərtidir – red.) qətlə yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 1 dekabr 2024-cü ildə, saat 17 radələrində Lökbatan qəsəbəsində baş verib. 
Bakı şəhər sakini Q. Babayev fərdi yaşayış evində tanışı Xaliqin təxminən 5-6 il əvvəl onun ailəsi ilə birlikdə yaşadığı evə gələrək arvadı Səbinəyə hamam otağında olan zaman otağın qapısını açaraq içəriyə daxil olmaq istəməsi ilə bağlı aralarında mübahisə yaranıb. 
Yaranan söhbət zamanı meydana gələn sözlü mübahisə nəticəsində həmin hərəkətinə görə cəzalandırmaq və buna görə ondan qisas almaq üçün zərərçəkmiş şəxsi  öldürmək qərarına gəlib. Bu məqsədlə həmin evdən götürərək uzun qolları olan idman paltarının qollarında görünməməsi üçün gizlətdiyi bıçaqla ona zərbələr vurub. Zərərçəkmiş aldığı zərbələrdən vəfat edib. 
Hadisəni törədən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən məhkum ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə baş verən ərəfədə qohumu Telmanın evinə tez-tez gedib: “Evdə Telmanla oturmuşduq. Sonra Xaliq gəldi. Mənimlə mübahisə etdi. Stolun üstündə qutu olub, içində bıçaqlar olub.  Böyük bıçaq həmin qutuda olmadığından elə bildim ki, onun özündədir.  Xaliqlə həmin evdə olanda 1-2 dəfə mənimlə mübahisə edib. Əmim oğlu bizi ayırdı. Xaliqlə də qohumluq əlaqəm olub. O, mənim bibim qızının yoldaşıdır. O, ailəmə qarşı qeyri-etik hərəkət edib. Həyat yoldaşım hamamda olarkən otağın qapısını açıb. Aramızda bir neçə dəfə mübahisə olduqda əmim oğlu bizi ayırdı”.
Məhkum qeyd edib ki, mərhumla qətl hadisəsindən 3-4 gün əvvəl də mübahisələri olub: “Hadisə baş verən zaman Telman evində olmuşam. Mənim görmə və eşitməmdə problem olub. Hadisədən əvvəl həmin gün orada Xaliqlə bir dəfə sözlü mübahisəmiz olub. Bizi Telman sakitləşdirdi. Daha sonra Xaliq Telmanın evinə yenidən tək gəldi. Yenidən mübahisə yaranarkən hadisə baş verdi”. 
İş üzrə zərərçəkmiş Xaliq Əhmədovun hüquqi varisi qismində ifadə verən qardaşının sözlərinə görə, hadisənin şahidi olmayıb: “Hadisədən sonra heç kim mınim evimə barışığa gəlməyib. Qardaşım ilə Qəhrəman arasındakı ədavətin nədən qaynaqlandığını bilməmişəm. Qardaşım içki içdiyi üçün ona evimə gəlməyə icazə verməmişəm. Qardaşımın hərəkətlərindən xəbərim olmayıb. Təqsirləndirilən şəxsin 5-6 il əvvəl arvadı hamamda olarkən qardaşımın hamama girməyə çalışdığını, o hadisədən sonra etdiyi hərəkətə görə onu cəzalandırmaq üçün hər yerdə qardaşımı axtardığını eşitmişdim”. 
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Q. Babayev 15 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb. 
Hökmdən narazı qalan Q. Babayevin vəkili tərəfindən apellyasiya şikayəti verilib. Müdafiəçi hökmün ləğv edilməsini, müvəkkilinin əməlini Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinin tövsif edilməsini xahiş edib. 
Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Apellyasiya şikayətinin dəlillərini araşdıran hakimlər heyəti sonda qərar elan edib. Qərara görə, şikayət təmin olunmayıb. 
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 Avqust 2025 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see212

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see209

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see202

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see182

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see176

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see175

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see167

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see165

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see151

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see143

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see142

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see139

İranda etirazların səkkizinci günüdür

04 Yanvar 2026 09:16see137

ABŞ ın Venesuelada irimiqyaslı əməliyyat keçirəcək

04 Yanvar 2026 08:59see130

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri