Icma.az
close
up
RU
Bakıda idmançı niyə qətlə yetirilib? TƏFƏRRÜAT

Bakıda idmançı niyə qətlə yetirilib? TƏFƏRRÜAT

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Bakının Nərimanov rayonunda 2005-ci il təvəllüdlü Fateh Məmmədov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı 2003-cü il təvəllüdlü Hikmət Kərimovu öldürüb. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, Fateh 2023-cü ilin iyunun 23-də, saat 22 radələrində küçədə tanışları ilə birlikdə dayanan zaman digər tanışı H. Kərimovun həmin ərazidən keçdiyini görüb. 
O, bir gün əvvəl H. Kərimov il aralarında yaranmış sözlü mübahisədə onun işlətdiyi söyüşü cüzi səbəb kimi bəhanə edib və özündə olan bıçaqla ona zərbələr vurub. H. Kərimov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 
Hadisəni törədən F. Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən F. Məmmədov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Hikmət Kərimovu Montin qəsəbəsində yaşamış qonşusu kimi tanıyıb, münasibətləri yaxşı olub, hadisəyə qədər aralarında heç bir münaqişələri olmayıb: “Mən narkomanam, marixuanadan istifadə edirəm. Tanışım Hikmət də narkoman olub, mənə marixuananı Hikmət təklif edib. Hadisədən bir gün əvvəl Hikmət istifadə etmək üçün marixuana verdi. Həmin marixuananı evimdə saxlamışam. Hadisədən əvvəlki 1 ay ərzində təxminən 3-4 dəfə Hikmətlə görüşərək narkotik vasitə olan marixuana qəbul etmişik”.
Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə iyunun 22-də, saat 23 radələrində Hikmətlə yaşadıqları məhəllədə görüşüb: “Görüşdüyümüz zaman birlikdə istifadə etməyimiz üçün Hikmətdən götürdüyüm az miqdarda marixuananı istifadə etmək üçün məhəllədə heç kəsin olmadığı yerdə oturduq. Hikmət marixuananı tütünlə qarışdırıb iki yerə bölərək çəkmək üçün hazırladı. Həmin vaxt mən artıq qalan narkotik vasitəni götürərək öz cibimə qoydum. Hikmət narkotik vasitəni cibimə qoymağımı özünə hörmətsizlik kimi qəbul etdi, öz iradını bildirdi. Hikmətə bu fikrinin düzgün olmadığını, hörmətsizlik kimi qəbul etməməsini dedim. Bununla bağlı aramızda mübahisə yarandı. Hikmətə fikrinin səhv olmasını bildirdim. Bu zaman o, “sən mənə səhv-düz öyrədəcəksən?” deyərək üzərimə gəldi. Narkotik vasitəni Hikmətə vermək istədim. Amma o, məni təhqir edərək getməyimi tələb etdi. Hikmətdən nə edəcəyini soruşdum. O, yenə də təhqir edərək boğazımdan tutaraq itələdi. Bunu görən 2 nəfər tanımadığım şəxs gələrək bizi ayırdı. Həmin vaxt Hikmət ailəmə söydü və “səni birdə buralarda görsəm öldürəcəm” dedi. Buna çox əsəbiləşdim. Kakin həmin vaxt heç nə demədən oradan evimə getdim. Hikmət isə, hazırladığı narkotik vasitə ilə orada qaldı. Hikmətin kənar şəxslərin yanında mənə qarşı belə bir hərəkət edərək ailə üzvlərimi təhqir etməsindən çox əsəbiləşdim. Bu hərəkətə layiq olmadığımı düşündüm. Üzərimdə qalan narkotik vasitəni istifadə etdikdən sonra yatdım”. 
Fateh Məmmədov bildirib ki, iyunun 23-də, saat 18 radələrində yuxudan oyanıb: “Oyandıqdan sonra bir gün əvvəl baş verən hadisəni fikirləşdim. Səhv hərəkət etmədiyimi düşündüm və Hikmətlə görüşərək bu söhbətə aydınlıq gətirmək istədim. Hikmətlə söhbət etməyə gedərkən yaşadığım evdən mətbəx bıçağını götürdüm və şalvarımın kəmərinin arasına saldım. Hikmətin saat 22 radələrində işdən evə gəldiyini bildiyim üçün təxminən 1 saat əvvəlcədən onun yaşadığı məhəllənin girişinə getdim və gəlməsini gözləməyə başladım. Saat 21:30-da Hikmətin yaşadığı məhəllənin girişində dayandığım zaman eyni məhəllədə yaşadığım Elşən, Əlimuxtar, Kənan və Samir yanıma gəldilər. Onlara “çıxın gedin burdan, işim var” dedim. Əlimuxtar və Kənanı apararaq yola saldım və geri qayıtdım. Elşən və Samir oradan getməyərək nə işimin olduğunu soruşdular. Onlara heç nə demədim. Onlarla söhbət etdiyim zaman təxminən saat 22 radələrində Hikmətin gəldiyini gördüm. Hikmət bizə tərəf yaxınlaşan zaman üzərimdə olan bıçağı çıxardım və onun üzərinə getdim. Bıçaqla Hikmətə iki zərbə vurdum. Məqsədim Hikməti öldürmək deyil, yaralamaq olub. Samir və Elşən araya girərək bizi ayırmaq istədi. Bu zaman Hikmət qaçmağa başladı. Mən də onun arxasınca qaçdım. Lakin Hikmət az bir məsafə qaçaraq yerə yıxıldı. Hikmətə yaxınlaşmaq istəyərkən məhəllədə yaşayan Sarvan adlı şəxs məni tutaraq saxladı. Mən daha sonra oradan uzaqlaşdım”.
Zərərçəkmiş şəxsin hüquqi varisi, atası İlham Kərimovun sözlərinə görə, təqsirləndirilən şəxsi tanımır, onu əvvəllər görməyib: “Zərərçəkmiş Hikmət mənim oğlum olub. Sonradan bilmişəm ki, təqsirləndirilən şəxs oğlum ilə Montində qonşu olmaqla yaxşı münasibətləri olub. Oğlum tanınmış
idmançı olub, heç vaxt narkotik vasitə qəbul etməyib. Mümkün deyil ki, oğlum təqsirləndirilən şəxsə narkotik versin və aralarında bununla bağlı dava-dalaş baş versin”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fateh Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:281
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Dekabr 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see291

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see275

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see262

Naxçıvanda qadınların iqtisadi fəallığının artırılmasına və biznes imkanlarına həsr olunan forum keçirilib

19 Sentyabr 2026 14:22see259

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see259

Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək

19 Sentyabr 2026 17:07see251

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see244

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see237

Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz

20 Sentyabr 2026 01:01see235

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see228

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see227

Rusiya qaçılmaz çöküşə doğru gedir...

19 Sentyabr 2026 18:06see222

Hülya Avşar “Kanlı Nigar”la səhnəyə qayıdır

20 Sentyabr 2026 01:14see221

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see216

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

20 Sentyabr 2026 06:17see213

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see210

Məşhur reper Bakıya gəlir

20 Sentyabr 2026 01:55see210

Özümü dəfn edib, yaşamağı bacaran adamam

20 Sentyabr 2026 12:26see208

24 saatda “müalicə olunan” 35 illik xəstəlik 20 sentyabr ZƏFƏRİNİN ANATOMİYASI

19 Sentyabr 2026 17:03see199

Olqa Buzova əməliyyatdan qalan izlərini gizlətdiyini açıqladı

20 Sentyabr 2026 05:14see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri