Icma.az
close
up
RU
Bakıda hər addımda kamera var, oğurluqlar bitmir Sosioloq səbəbi açıqladı

Bakıda hər addımda kamera var, oğurluqlar bitmir Sosioloq səbəbi açıqladı

Icma.az bildirir, Sherg.az portalına istinadən.

İnsanlar ətraflarında baş verən qanun pozuntularına biganə qalmamalı, hüquq-mühafizə orqanlarına müraciət etməkdən çəkinməməlidirlər

Son zamanlar Bakıda motosiklet, skuter və velosiped oğurluqları ilə bağlı xəbərlərə tez-tez rast gəlinir. Paytaxtın müxtəlif rayonlarında qeydə alınan belə hadisələr vətəndaşların şəxsi əmlakının təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir.

Sonuncu belə hadisələr Yasamal və Nəsimi rayonlarında qeydə alınıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində Yasamal rayonunda vətəndaşlara məxsus motosikletləri qaçırmaqda şübhəli bilinən Y.Bağırov, T.Dəmirov və M.Qədirov saxlanılıblar. Araşdırma zamanı M.Qədirovun paytaxtın digər rayonlarında da analoji əməllər törətdiyi müəyyən edilib.

Nəsimi rayonunda isə 1800 manat dəyərində skuter və 2500 manatlıq velosiped oğurlamaqda şübhəli bilinən Q.Abbasov və əvvəllər məhkum olunmuş V.Cəfərov tutulublar.

Faktlarla bağlı araşdırma aparılır. Belə halların tez-tez qeydə alınması motosiklet, skuter və velosipedlərin təhlükəsizliyinin təmin olunması, oğurluqların qarşısının alınması üçün daha effektiv tədbirlərin görülməsi zərurətini gündəmə gətirir.

Mövzunu Sherg.az-a şərh edən sosioloq Əhməd Rəhmanov bildirib ki, xırda oğurluq, yəni vətəndaşların şəxsi əmlakına qarşı yönələn bu cür əməllər tarixən mövcud olub və təəssüf ki, bundan sonra da baş verəcək. Sosioloqun sözlərinə görə, belə halların qarşısının alınmasında əsas amillərdən biri cəzanın qaçılmazlığı və hüquqi məsuliyyətin dərk edilməsidir. Oğurluq edən şəxs bilməlidir ki, törətdiyi əmələ görə cəzalandırılacaq.

Sosioloq vurğulayıb ki, oğurluğun miqyasından asılı olmayaraq, istər dövlət büdcəsinə, istərsə də vətəndaşın şəxsi əmlakına qarşı yönəlmiş qanunsuz hərəkətlər hüquqi məsuliyyət doğurmalıdır. Bu, məsələnin hüquqi tərəfidir:

“Məsələnin digər tərəfi isə cəmiyyətdəki münasibətlərlə bağlıdır. Təəssüf ki, son 30-40 ildə insanlar arasında qarşılıqlı biganəlik və dövlət strukturlarına inamsızlıq artıb. Əvvəlki nəsillər bunu daha yaxşı xatırlayır. Məsələn, sovet dövrünün 1960-1970-ci illərində insanlar evlərinin qapısını bağlayıb açarı da həyətə bir yerə qoyaraq rahatlıqla gedə bilirdilər. Həmin dövrdə qonşular arasında qarşılıqlı etimad, bir-birinin əmlakına və əməyinə hörmət daha güclü idi. İnsanlar bilirdilər ki, qonşuları onların əmlakına qarşı biganə qalmayacaq. Eyni zamanda, hər hansı qanun pozuntusu ilə qarşılaşdıqda müvafiq qurumlara müraciət etsələr, məsələyə baxılacaq və tədbir görüləcək. Lakin son illərdə vətəndaşların dövlət strukturlarına müraciətlə bağlı müəyyən narahatlıqları yaranıb. İnsanlar bəzən hər hansı qanun pozuntusu barədə məlumat verdikdə özlərinin əlavə bürokratik çətinliklərlə üzləşəcəyindən ehtiyat edirlər. Müraciət etmək, müxtəlif qurumlara gedib-gəlmək və vaxt itirmək kimi məsələlər onları bu addımdan çəkindirir. Nəticədə, həm dövlət strukturlarına inamsızlıq, həm də ətrafda baş verən hadisələrə qarşı biganəlik güclənir”.

Rəhmanov qeyd edib ki, bu gün Bakıda demək olar, hər addımda müşahidə kameralarına rast gəlmək mümkündür:

“Buna baxmayaraq, xırda oğurluq halları davam edir. Bu isə göstərir ki, problemin həlli yalnız texniki nəzarət vasitələrinin artırılmasından asılı deyil. Burada vətəndaş məsuliyyəti və insanların bir-birinin əməyinə, əmlakına qarşı diqqətli olması da mühüm rol oynayır. Müşahidə kameralarının sayını artırmaqla yanaşı, cəmiyyətdə qarşılıqlı etimad və vətəndaş mövqeyi də gücləndirilməlidir. İnsanlar ətraflarında baş verən qanun pozuntularına biganə qalmamalı, hüquq-mühafizə orqanlarına müraciət etməkdən çəkinməməlidirlər. Əks halda, hər addımda kamera, hətta hər kameranın yanında polis olsa belə, xırda oğurluq hallarının tam qarşısını almaq mümkün olmayacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Oktyabr 2026 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri