Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Ailədaxili aqressiyanın səbəbi nədir? Sosioloq açıqladı

Ailədaxili aqressiyanın səbəbi nədir? Sosioloq açıqladı

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Bakıda qardaş və bacı arasında yaranan mübahisənin hər iki tərəfin bir-birini bıçaqlaması ilə nəticələnməsi ailədaxili münasibətlərdə aqressiyanın təhlükəli həddə çatdığını bir daha gündəmə gətirib. Ailə daxilində başlayan adi mübahisələrin fiziki zorakılığa, hətta ağır xəsarətlərlə nəticələnən hadisələrə çevrilməsi cəmiyyətdə ciddi narahatlıq doğurur.
Bəs ailə daxilində mübahisələrin bu qədər tez zorakılığa çevrilməsinin əsas sosial və psixoloji səbəbləri nələrdir? Belə hadisələrin artması cəmiyyətdə aqressiya və dözümsüzlüyün güclənməsindən xəbər verirmi?
Sosioloq Naib Niftəliyev Demokrat.az-a açıqlamasında bildirib ki, bir faktı ailədaxili münasibətlərin və bütövlükdə cəmiyyətdəki vəziyyətin göstəricisi kimi qiymətləndirmək olmaz.

Onun sözlərinə görə, Azərbaycanda ailə münasibətlərində, istər valideyn-övlad, istərsə də qardaş-bacı və qardaş-qardaş münasibətlərində qarşılıqlı hörmət, ümumilikdə, kifayət qədər normaldır.
"Hər bir ailədə müəyyən söz-söhbətlər, fikir ayrılıqları və ixtilaflar ola bilər. Amma bütün bunlar, adətən, tənzimlənən və keçici hadisələrdir. Bununla belə, ciddi bir faktdır ki, müəyyən cinayətlər ailədaxili fikir ayrılıqları və yaxın qohumlar arasında yaranan ziddiyyətlər səbəbindən baş verir. Belə hadisələr cəmiyyət üçün arzuolunan deyil və ictimai təhlükəli hadisə kimi kəskin qınanmalıdır. Tərəflərin hər ikisi üçün də utancverici hadisədir. Bacının qardaşa, qardaşın bacıya əl qaldırması, tərəflərin soyuq silahdan istifadə etməsi təkcə cinayət faktı deyil. Həm də milli-mənəvi və etik dəyərlərin müəyyən mənada arxa plana keçməsinin, ailədə hörmətin, qarşılıqlı etimadın və müəyyən sərhədlərin aradan qalxmasının göstəricisidir.
Bu, sırf sosial-psixoloji və sosial-etik məsələ kimi başa düşülməlidir. Lakin bunu bütövlükdə cəmiyyətə şamil etmək olmaz. Bu, cəmiyyət üçün narahatlıq yaradan və ictimai qınaq doğuran cinayət faktıdır və hüquqi qiymətini almalıdır. Eyni zamanda, ailə daxilində baş verən adi bir mübahisə kimi də qiymətləndirilə bilməz. Normal vəziyyətdə hər hansı bir Azərbaycan ailəsində belə faktların rəğbətlə qarşılanacağını və ya buna haqq qazandırılacağını düşünmürəm. Tərəflərin hər ikisinin müəyyən fiziki, psixoloji və ya psixiatrik problemlərinin olması mümkündür. Bununla yanaşı, belə davranışın arxasında müxtəlif sosial, psixoloji və situativ səbəblər də dayana bilər. Sosial və psixoloji səbəblərə gəldikdə, sosial səbəblər daha çox cəmiyyətin davranışı, münasibəti və qarşılıqlı sosial təsirlə şərtlənir. Psixoloji amillər də sosial dinamikanın təsiri fonunda formalaşır və təbii ki, daxili səbəblərlə birbaşa bağlıdır. Amma hər bir halda, bu fakt bütövlükdə cəmiyyətin sosial-psixoloji vəziyyətini əks etdirən məsələ deyil. Dözümsüzlük və aqressiyanın sosial streslərlə, sosial təsirlərlə müəyyən əlaqəsi ola bilər. Amma insan kənar təsirlərin nəticəsində belə davranışa yol verməməli və məsuliyyətini dərk etməlidir. Hər kəs bu tip hərəkətlərin əsassız, yersiz və cinayət olduğunu başa düşür".
Sosioloq əlavə edib ki, söhbət sırf ailə-məişət müstəvisində baş verən cinayətdən gedə bilər.
"Ola bilsin ki, tərəflər arasında uzun müddətdir barışmazlıq və konflikt olub. Yaxud insanlar başqa problemlər səbəbindən yaxınlarına və doğmalarına qarşı mərhəmət və empatiya hissini müəyyən mənada itiriblər.
Bəzən ailədə böyük-kiçik, bacı-qardaş münasibətlərində qeyri-etik davranış normalarına meyillənmə və ya normaldan kənarlaşma nəticəsində tərəflər arasında hörmət itir. Bu da əlbəyaxa dava və fiziki zorakılığa, bəzən isə bıçaqlanma və daha böyük faciələrə gətirib çıxarır. Hətta tərəflər bir-birini həyatdan məhrum edə bilərlər. Düşünmürəm ki, insanlar bunu əvvəlcədən istəyirlər. Amma burada psixoloji travma, müəyyən gərginlik, tərəflər arasında qarşılıqlı etimadsızlıq və münasibətlərin nifrət həddinə çatması da mümkündür. Əks halda, belə davranışı başqa meyarla izah etmək çətindir. İstənilən halda, aqressiya və dözümsüzlükdə cəmiyyətdə yığılan neqativin müəyyən payı var. Ola bilsin ki, tərəflər arasında müəyyən konflikt olub, ailədə, cəmiyyətdə və ya yaxın çevrədə buna əhəmiyyət verilməyib, problemi tənzimləmək üçün vasitəçi tapılmayıb və ya tərəflər özləri bunu tənzimləmək istəməyiblər. Həmçinin hansısa təsirə qapılaraq, kiminsə təhriki ilə öz doğmalarına  bacısına və ya qardaşına qarşı aqressiya formalaşması da mümkündür. Bu da istisna deyil. Amma sosial araşdırma baxımından problemin sosial səbəblərinin və kökünün müəyyənləşdirilməsi, eləcə də psixoloji motivlərin və şəxslərin psixoloji sağlamlıq vəziyyətinin araşdırılması olduqca vacibdir.
Hər bir halda, bu, cəmiyyət üçün arzuolunmaz, qəbul edilməz davranış forması və xoşagəlməz nümunədir. Eyni zamanda, cinayət faktıdır. Bu, deviant davranışın ifrat həddə çataraq cinayət səviyyəsinə yüksəlməsinin nümunəsidir.
Təbii olaraq, münasibətlərin tənzimlənməsində profilaktik və önləyici tədbirlərə, həm hüquqi-sosial, həm də mənəvi-psixoloji yanaşmalara ehtiyac var. Qanun burada öz sözünü deməlidir. İnsanlar da belə məsələlərdən düzgün nəticə çıxarmalı, sosial məsuliyyəti, qarşılıqlı hörməti və münasibətlərdə anlaşmanı önə çəkməlidirlər. Ailədaxili münasibətlərdə qarşılıqlı güzəşt və anlaşma əsas prinsiplərdən biri olmalıdır", - deyə Naib Niftəliyev fikrini tamamlayıb.
Nuray Paşşanlı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Sentyabr 2026 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see318

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see289

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see286

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see267

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see260

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see248

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see243

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see241

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see234

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see217

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see212

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see201

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see195

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see191

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see189

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see188

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see181

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see175

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see172

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri