Icma.az
close
up
RU
Bakıda ictimai nəzarətin təşviqi imkanları müzakirə edilib FOTOLAR

Bakıda ictimai nəzarətin təşviqi imkanları müzakirə edilib FOTOLAR

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

08 sentyabr 2025-ci il tarixində “İctimai nəzarətin təşviqinə yönələn imkanlar” mövzusunda ictimai dinləmə təşkil olunub. “Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “İctimai nəzarətin təşviqinə yönələn təşəbbüslər” layihəsi çərçivəsində yekun ictimai müzakirə keçirib. İctimai dinləmədə millət vəkilləri, dövlət orqanlarının nümayəndələri ictimai iştirakçılıq və nəzarət məsələləri üzrə ixtisaslaşmış QHT-lər, müstəqil ekspertlər, hüquqşünaslar iştirak ediblər.

İctimai iştirakçılıq və nəzarət sahəsində pozitiv dəyişikliklər imkanları müzakirə edilib.

Millət vəkilləri, dövlət orqanları, ixtisaslaşmış QHT-lər, ekspetlərin iştirakı ilə ictimai iştirakçılıq, ictimai nəzarət sahəsində pozitiv dəyişikliklərə yol açmaq, yeni ideyalar vermək müzakirə edilib, tövsiyyələr müəyyənləşdirilib. 

Tədbirin açılışında Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi İctimai Birliyinin sədri Səadət Bənənyarlı layihənin icrası haqqında məlumat verib.Layihənin maliyyələşdirilməsinə və icrasına dəstəyə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, həmçinin Milli QHT Forumuna təşkilati dəstəyə görə təşəkkür edib. Qeyd edib ki, layihə regionlarda ictimai fəallar, bələdiyyə üzvləri dövlət orqanları, QHT nümayəndələri, İctimai Şura üzvləri ilə müzakirələr, bölgələrdə ictimai rəy sorğusunun keçirilməsi, Türkiyə təcrübəsinin öyrənilməsi ilə Azərbaycanda ictimai iştirakçılıq təcrübəsinin problemlərinin öyrənilməsi, çətinliklərin müəyyən edilməsi və islahatların aparılması üçün bütün maraqlı tərəflərlə razılaşdırılmış tövsiyyələrin verilməsidir:

“Ümumiləşdirsək ictimai iştirakçılıq, ictimai nəzarətlə əlaqədar hərtərəfli diaqnostika, problemlərin aşkarlanması, islahat prioritetlərinin müəyyənləşdirilməsi və tövsiyyələrin verilməsidir. Bu layihə, həmçinin hazırda ciddi islahatlara zərurət olan ictimai iştirakçılıq, ictimai nəzarət sahəsində pozitiv dəyişikliklərə yol açmaq, yeni ideyalar vermək, yanaşmanı dəyişmək üçün çoxtərəfli səyləri əks etdirir.

Bu yalnız “Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi” İB-in rəyi deyil, regionlarda fəaliyyət göstərən onlarla təşkilat, ictimai fəallar, dövlət orqanlarının gələcəyə baxışını əks etdirir. Layihənin nəticələri həm elmi-nəzəri aspektdən, həm də praktik baxımdan islahatlar üçün tövsiyyələr təklif edirlər. Bu tövsiyyələr real gerçəkliyin analizi, iştirakçılarla müzakirələr, Türkiyə təcrübəsinin yerində öyrənilməsi ilə ərsəyə gəlib.

Milli Məclisin deputatları Qüdrət Həsənquliyev, Azər Allahverənov, Arzuxan Əlizadə, Pərvanə Vəliyeva müzakirələrdə iştirak edərək mövzu, islahatlar, çətinliklərin həlli yolları, yeni ideyalar barədə öz fikirlərini bölüşüblər.

Layihə eksperti Zaur İbrahimli ictimai rəy sorğusunun nəticələrini və əvvəlki dəyirmi masa müzakirələrinin ümumi yekunlarını təqdim edib. Bildirib ki, 229 respondentin ictimai iştirakçılıq və vətəndaş nəzarəti ilə bağlı rəyi öyrənilib. Sorğunun əsas nəticələri göstərir ki, respondentlər arasında ictimai iştirakçılıqla bağlı məlumatlılıq səviyyəsi olduqca aşağıdır. Yalnız 28,4% tam məlumatlı olduğunu bildirib. “İctimai iştirakçılıq haqqında” Qanunu ilə bağlı isə cəmi 3,5% respondent ətraflı məlumata malikdir. Bu, qanunvericilik sahəsində ciddi bir informasiya boşluğu olduğunu təsdiq edir. Məlumat mənbələri baxımından sosial şəbəkələr (61,1%) dominant rol oynayır. Bu, informasiyanın sürətli yayılmasına kömək etsə də, səthi məzmun və yalnız bizim baxış bucağımızı əks etdirən məlumatlar almaq təhlükəsi yaradır. Bu iştirakçılıq haqqında fərqli rəyləri, analizləri oxumaq imkanını məhdudlaşdırır. Həmçinin daha çox gerçək, məzmunlu, ilk mənbələrdən olan məlumatları deyil, rəylər ön planı çıxır.

Bilgi yox, rəylər daha çox əlçatan olur və əsas yön verir. Bu isə iştirakçılıq haqqında bacarıqları, düşüncəni artıracaq informasiya almaq imkanının məhdudluğundan xəbər verir. Altruistik motivasiya (ictimai maraqların qorunması – 38,0%) yüksək olsa da, praktik iştirakçılıq olduqca məhduddur. Son iki ildə respondentlərin 66,4%-i heç bir ictimai tədbirdə iştirak etmədiyini bildiriblər. İştirakçılığa mane olan əsas səbəblər arasında nəticəyə inamsızlıq (32,8%), qanunvericilik biliksinin olmaması (26,2%) və əlçatanlıq problemləri (22,7%) göstərilir. Vətəndaşlar ən çox dövlət nümayəndələri ilə birbaşa görüşləri (33,6%) üstün tuturlar. Eyni zamanda, vətəndaşların 51,1%-i dövlət-vətəndaş görüşlərinin intensivləşdirilməsini əsas çıxış yolu və islahat kimi qiymətləndirir.İctimai Şuraların tanınma səviyyəsi olduqca aşağıdır: respondentlərin 44,5%-i az məlumatlı, 32,8%-i isə heç məlumatı olmadığını bildirmişdir. Bu, institusional etimadsızlığın əsas səbəblərindən biridir.

Hüquqşünas Pərvin Quliyeva isə ictimai iştirakçılıq və nəzarət sahəsində Türkiyə Respublikasının təcrübəsindən uğurlu nümunələri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Tövsiyyələrdə qeyd edilib ki, İctimai iştirakçılıq haqqında qanunvericilikdə iştirakçılığın və ictimai nəzarətin həyata keçirilməsi üçün rəqəmsal alətlər, platformaların yaradılması ilə əlaqədar yeni normalar nəzərdə tutulması pozitiv dəyişiklərə böyük təkan verərdi. Şəhərlərin idarəçiliyində iştirakçılıq və ictimai nəzarətin daha geniş və təsirli formaları müəyyən edilməlidir. İctimai Şuraların iri şəhərlərin idarəçiliyi ilə əlaqədar ictimai iştirakçılığın təmin edilməsində səlahiyyət çərçivəsinə yenidən baxılmalıdır. İndiki konsultativ status real iştirakçılığı təmin etmir. Dövlət orqanlarında, yerli icra hakmiyyəti orqanlarında iştirakçılığın və ictimai nəzarətə məsul ayrıca struktur vahid yaradılmalıdır. İndiki halda bu ictimaiyyətlə əlaqələr üzrə struktur vahidə həvalə edirlir, onlar isə anacaq PR-la məşğul olurlar.

Açıq müzakirə və sual-cavab sessiyasında iştirakçılar ictimai nəzarətin institusional əsaslarının möhkəmləndirilməsi, “İctimai iştirakçılıq haqqında” Qanunun tətbiq mexanizmlərinin təkmilləşdirilməsi, vətəndaş cəmiyyəti ilə dövlət qurumları arasında əməkdaşlığın yeni istiqamətləri barədə fikir və təkliflərini səsləndiriblər.

Sonda yekun və bağlanış çıxışlarında ictimai nəzarətin dövlət orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılıq üçün mühüm demokratik alət olduğu, bu mexanizmin gücləndirilməsinin isə vətəndaşların idarəetmədə fəal iştirakına geniş imkanlar açacağı xüsusi vurğulanıb.

S.Bənənyarlı məlumat verib ki, İctimai dinləmənin yekun sənədi hazırlanacaq, dövlət orqanlarına və bütün maraqlı tərəflərə təqdim ediləcək. Layihə çərçivəsində keçirilən sorğunun nəticələri, Türkiyə təcrübəsi ilə əlaqədar təqdimat açıq resurslarda ictimaiyyətə təqim olunacaq.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:30
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Sentyabr 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see181

Avropa Kuboku: Azərbaycan millisi Polşa ilə qarşılaşacaq

07 Sentyabr 2025 09:53see178

Tramp Qazaxıstan prezidenti ilə danışdı

07 Sentyabr 2025 20:37see160

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see150

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see149

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see149

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see142

Telefonunuzdaki proqramlar sizin intellektinizdən xəbər verir Bu 6 proqram varsa...

07 Sentyabr 2025 08:08see142

Ukraynalı futbolçu: “Azərbaycanla oyunda qələbə qazanmalıyıq”

07 Sentyabr 2025 11:07see131

Dəhşətli qəzada ölən “KamAZ”ın sürücüsünün Fotosu

07 Sentyabr 2025 10:32see130

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see129

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see128

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see122

Azərbaycan millisinin heyətində dəyişiklik Qarabağ ın forvardı oynamayacaq

07 Sentyabr 2025 11:23see122

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see121

Əl Əhli Fransa millisinin hücumçusunu transfer etdi 25 milyon avroya

07 Sentyabr 2025 09:15see120

Niderland millisinin tarixində ən çox qol vuran futbolçu oldu

07 Sentyabr 2025 21:47see120

Patris Evra Ser Aleks Ferqyuson haqqında: Ona lazım olan yeganə şey 200 milyon idi VİDEO

07 Sentyabr 2025 18:31see118

Türkiyə yığması dünya ikincisi oldu

07 Sentyabr 2025 19:59see117

Quraqlıq Qazaxıstanda tarixi sirlərin üzə çıxmasına kömək edib

07 Sentyabr 2025 18:17see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri