Icma.az
close
up
RU
“İctimai nəzarətin təşviqinə yönələn təşəbbüslər” layihəsi həyata keçrilib FOTOLAR

“İctimai nəzarətin təşviqinə yönələn təşəbbüslər” layihəsi həyata keçrilib FOTOLAR

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi” İctimai Birliyi “İctimai nəzarətin təşviqinə yönələn təşəbbüslər” adlı layihəni həyata keçirir.

"Cebheinfo.az" xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunur. Layihə çərçivəsində 25 iyul 2025-ci il tarixində Masallı rayonunda “Azərbaycanda ictimai iştirakçılıq təcrübəsi: nəticələr və çətinliklər” mövzusunda dəyirmi masa təşkil olunub. Tədbirin məqsədi iştirakçıları “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununun müddəaları və əsas prinsipləri, onun tətbiq mexanizmləri, bu sahədəki praktik məsələlər və qarşılaşılan çətinliklər barədə maarifləndirməkdir. Görüş interaktiv dialoq formatında keçirilmiş, qanunun təbliği və ictimai iştirakçılıq mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Tədbir çərçivəsində iştirakçılar arasında sorğu keçirilmiş, onun nəticələri layihənin yekun hesabatında əksini tapacaq.

Layihənin əsas istiqamətlərindən biri də inklüzivliyin təşviqidir. Bu məqsədlə tədbirdə əhalinin müxtəlif təbəqələrinin, o cümlədən əlilliyi olan şəxslərin, qadınların və digər həssas qrupların nümayəndələrinin iştirakı təmin edilmişdir. Onların qərarların qəbuluna cəlb edilməsi və bərabər imkanlara sahib olmaları layihənin əsas dəyərlərindən biridir.

Layihənin əsas məqsədi “İctimai iştirakçılıq haqqında” Qanunun tətbiqini təkmilləşdirmək, ictimai nəzarəti gücləndirmək və vətəndaşların idarəetmədə fəal iştirakını təşviq etməkdir. İctimai nəzarət dövlət qurumlarının fəaliyyətində şəffaflığı təmin edən və vətəndaşların idarəetmədə iştirakını təmin edən vacib demokratik mexanizmdir.

Layihənin icrası ictimai nəzarətin inkişafına, idarəetmədə şəffaflığın artırılmasına və vətəndaşlarla dövlət arasında qarşılıqlı etimadın güclənməsinə töhfə verəcək. Layihə çərçivəsində görülən işlər barədə məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.

"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 İyul 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see358

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see251

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see211

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see198

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see194

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see181

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see160

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see159

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see158

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see158

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see156

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see153

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see150

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see146

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see140

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see140

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see139

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri