Icma.az
close
up
RU
Bakıda III Milli Pediatriya Konqresi keçirilir AZƏRTAC

Bakıda III Milli Pediatriya Konqresi keçirilir AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 13 dekabr, AZƏRTAC

Səhiyyə Nazirliyinin dəstəyi və Azərbaycan Pediatriya Cəmiyyətinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində III Milli Pediatriya Konqresi keçirilir.

AZƏRTAC xəbər verir ki, konqresin açılış mərasimində çıxış edən Azərbaycan Pediatriya Cəmiyyətinin sədri Erkin Rəhimov sosial mövzulara daha çox yer verilməsinin əhəmiyyətindən danışıb. O, Azərbaycan Pediatriya Cəmiyyətinin fəaliyyəti haqqında konqres iştirakçılarına ətraflı məlumat verib.

Səhiyyə nazirinin müavini Nadir Zeynalov qeyd edib ki, uşaqların sağlamlığının qorunması hər bir ölkə üçün prioritet məsələdir: “Milli pediatriyanın qarşısında müxtəlif çağırışlar var. Ana və uşaq ölümünün azaldılması, uşaqların psixi sağlamlığının qorunması, gələcəkdə uşaqlarda yarana biləcək problemləri vaxtında aşkar etmək bizim qarşıya qoyduğumuz əsas hədəflərdir. Digər problem isə iqlim dəyişikliyinin və ekoloji problemlərin uşaq sağlamlığına təsirləridir. Düşünürəm ki, konqresdə bu məsələlər müzakirə ediləcək”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Tədqiqatlar və protokolların tətbiqi şöbəsinin müdiri Kəmalə Ağayeva təmsil etdiyi qurum tərəfindən pediatriya sahəsinə xüsusi önəm verildiyini diqqətə çatdırıb: “TƏBİB uşaqlarda xəstəliklərin diaqnozu, müalicəsi, peyvəndlənməsi sahələrində daha aktiv fəaliyyət göstərməyə çalışır. Bizim əsas hədəfimiz uşaqlar üçün sağlam gələcək yaratmaqdır”.

Daha sonra Azərbaycan Tibb Universitetinin prorektoru Məlahət Sultanova, Beynəlxalq Pediatriya Assosiasiyasının icraçı direktoru Aman Puulunqan çıxış ediblər.

Qeyd edək ki, 3 gün davam edəcək konqresdə pediatrik dermatologiya, pediatriyada tez-tez rast gəlinən qidalanma problemləri, pediatriyada ekstrakorporal müalicələr mövzuları müzakirə edilib. Konqres çərçivəsində keçirilən kurslarda 300-dək həkim-pediatr iştirak edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Dekabr 2024 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri