Icma.az
close
up
RU
Azərbaycan Pediatriya Cəmiyyətinin beynəlxalq konqresi keçirilir FOTO

Azərbaycan Pediatriya Cəmiyyətinin beynəlxalq konqresi keçirilir FOTO

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Pediatriya Cəmiyyətinin beynəlxalq konqresi keçirilir.

APA xəbər verir ki, konqresdə Azərbaycan, Türkiyə, Gürcüstan və Meksikadan tanınmış professor doktorlar iştirak edir.

Konqres Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra dövlət himni səsləndirilib.

Ardından Heydər Əliyevin ioqrafiyası ilə bağlı video-çarx nümayiş etdirilib.

Bu ilin yanvar ayında təsis edilmiş Azərbaycan Pediatriya Cəmiyyətinin sədri Əli Quliyev bir il ərzində görülən işlər barədə məlumat verib: “Oktyabrda Şuşada 300 nəfərin iştirakı ilə böyük konfrans keçirdik. Həmçinin APC nəzdində işçi qrupu yaradılıb. Hazırda 23 işçi qrupumuz var. Bundan əlavə, ayda bir dəfə müxtəlif mövzularda vebinarlar təşkil olunub”.

Əli Quliyev bildirib ki, ölkədə pediatriya mərkəzlərinin sayı artırılmalıdır: “Həmçinin regionlardakı həkimlərin təkmilləşdirilməsi üçün proqram hazırlanmalıdır. Eyni zamanda, peyvəndləmə faizinin artırılması üçün çalışmalara ehtiyac var. Skrininq (daban) testinin əhatə dairəsini tam genişləndirmək lazımdır. Bundan əlavə, metobolizma və genetika xəstəliklərinin müalicəsinin inkişafına təkan vermək lazımdır”.

Milli Məclisin Səhiyyə komitəsinin komitə sədrinin müavini Rəşad Mahmudov deyib ki, Azərbaycan səhiyyəsi son yüz ilin ən şərəfli tarixini yaşayır: “İcbari Tibbi Sığorta vasitəsilə insanlar maddi çətinlik yaşamadan sağlamlıq problemlərini həll edə bilirlər. Məsələn, son 5 il ərzində 50 mindən çox anigoqrafiya (anju) müayinəsi aparılıb. 1200-dən çox qaraciyər və böyrək transplantasiyası və s. həyata keçirilib”.

TƏBİB-in İcraçı Direktor müavini Araz Nəsirov bildirib ki, qurum 50-ə yaxın tibb cəmiyyəti ilə əməkdaşlıq edir: “Bu baxımdan, yeni tibb cəmiyyətlərini də əməkdaşlığa dəvət edirik. Son iki ildir regiondakı xidmətlərin çeşidi, həcmi Bakıdakı xidmətləri üstələyir. Bütün xəstəxanalarımızın akt zalları cəmiyyətlərə açıqdır. Pediatriya yeganə sahədir ki, ölkədə bir yox, bir neçə cəmiyyət mövcuddur. Arzumuz odur ki, cəmiyyətlər tək yox, ortaq tədbirlər həyata keçirsinlər”.

Daha sonra Azərbaycan Respublikası Prezident Administrasiyasının qeyri-hökumət təşkilatları ilə iş sektoru müdiri Tural Əliyev, Səhiyyə Nazirliyi Səhiyyə Siyasəti şöbəsinin müdiri Ramiq Quliyev də çıxış edərək Azərbaycanın səhiyyə sahəsindəki nailiyyətlərindən bəhs ediblər.

Konqresdə uşaqlarda revmatoloji xəstəliklərdə laborator müayinələrdən düzgün istifadə, uzun müddət davam edən qızdırma, yoluxucu xəstəliklər, kəskin respirator virus infeksiyaları və s. müzakirə ediləcək.

Konqres panel sessiyalarla davam edib.

Qeyd edək ki, konqres 11-13 dekabr tarixlərini əhatə edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://apa.az
archiveBu xəbər 12 Dekabr 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see246

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see235

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see211

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see199

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see167

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see167

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see154

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see150

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see145

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see140

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see137

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri