Icma.az
close
up
RU
Menu

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

Bakıda iki rəfiqənin sevgililəri bıçaqla dalaşdı: “Haqqımda heç nə danışma“ TƏFƏRRÜAT

Bakıda iki rəfiqənin sevgililəri bıçaqla dalaşdı: “Haqqımda heç nə danışma“ TƏFƏRRÜAT

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakının Binəqədi rayonunda 1984-cü il təvəllüdlü Asim qeyri-rəsmi münasibətdə olduğu qadının rəfiqəsi Esmiraya və onun sevgilisi Mahirə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə ötən il iyulun 6-da Xırdalan dairəsində yerləşən “Daffman” təkər sexinin qarşısında baş verib.

Xocavənd rayon sakini Asim həmin gün saat 22 radələrində “Kia” markalı avtomobilini dayanıqlı vəziyyətdə olan Mahirin “Opel” markalı avtomobilinin qarşısında saxlamaqla onun hərəkətini məhdudlaşdırıb.

Daha sonra Mahirin və avtomobildə sərnişin oturacağında əyləşən Esmiranın guya onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsini bəhanə edib, onlara qarşı zorakı hərəkətlər edib.

Asim bıçaqla əvvəlcə Esmiranın çənə nahiyəsindən vurub, sonra Mahirin sol qoluna xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Asimin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib.

“And içdi, yalan olduğunu bildirdi”

Cinayət işi üzrə ifadə verən Asim elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. İfadəsində göstərib ki, Könüllə təxminən 1 ilə yaxındır qeyri-rəsmi ər-arvad münasibətində yaşayır:

“Özüm taksi fəaliyyəti ilə məşğul oluram. Könüllə Esmira tanışdırlar. Könülün deməsinə görə, əvvəllər rəfiqə olublar, sonradan münasibətləri korlanıb.

Hadisə günü saat 18 radələrində yaşadığı evdən Könülü götürüb Xırdalan dairəsinə gətirdim. Yolda Könül tanışı Esmiranın ona zəng vurduğunu, qeyri rəsmi ər-arvad münasibətində yaşadığı, mənim də tanıdığım Mahirin anamın və bacımın ünvanına pis ifadələr işlətdiyini dedi.

Könülə anamın 65 yaşı olduğunu, bu yaşda necə pis yola düşə biləcəyini gülərək bildirdim. Könül isə dedi ki, inanmırsan, gedək Mahirin yaşadığı evə, ondan soruş. Birlikdə onun yaşadığı evə gəldik.

Məhəllədə Könül maşında oturdu. Mən isə Mahiri çağırdım və ondan sevgilimin dediklərinin səbəbini soruşdum. Mahir and içdi, bunun yalan olduğunu, nə mənim, nə də Könülün haqqında elə ifadələr işlətmədiyini bildirdi”.

“Anamın, bacımın haqqında pis sözlər dediyini soruşdum”

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Könüllə Xırdalan qəsəbəsinə ona kreditə telefon almağa gediblər: “Təxminən saat 22 radələrində evə qayıdanda Xırdalan dairəsində Mahirin avtomobilinin dayandığını və Esmiranın da yanında olduğunu gördüm.

Maşını sağa çəkdim, Esmiranın haqqımda nə isə danışdığından əsəbləşdiyimə görə avtomobili saxladım. Könül bildirdi ki, heç nə eləmə, bir qələtdir, edib. Onun sözünə məhəl qoymadım, mətbəx bıçağını götürüb avtomobildən düşdüm. Esmiranın oturduğu qapını açdım və bıçağı çənəsinə dirəyərək nəyə görə anamın, bacımın haqqında pis sözlər dediyini soruşdum.

Esmiranı qorxudarkən Mahir gəlib məni geri çəkdi. Bıçaq ehtiyatsızlıqdan qadının çənəsini kəsdi. Mahir məni avtomobildən kənara çəkdi və birlikdə itələşməyə başladıq. Bu zaman əlimdə olan bıçaq onun qoluna dəydi. Ətrafda olan adamlar bizi araladılar. Daha sonra isə özüm polis bölməsinə gedək təslim oldum”.

“Yüngül həyat tərzi yaşadığını eşitdim”

İş üzrə zərərçəkmiş Esmiranın sözlərinə görə, Könüllə 2018-ci ildən rəfiqəsi vasitəsilə tanış olub: “Rəfiqəlik etdik, ailəvi get-gəlimiz yarandı. Daha sonra onun yüngül həyat tərzi yaşadığını eşitdim, əlaqəni kəsdim.

Həmin vaxtdan etibarən Könül haqqımda müxtəlif şaiyələr yayıb, onu döydüyümü, haqqında əxlaqsız sözlər işlətdiyimi deyib. Ailə üzvlərimin haqqında da pis-pis sözlər danışıb, ailəmi alçaldıb.

Təxminən 4 ilə yaxındır mütəmadi olaraq aramızda sözlə mübahisələrimiz olub. Buna səbəb Könülün mənə qarşı xoşagəlməz əməllərini davam etdirməsidir”.

Esmira qeyd edib ki, Könüllə sonuncu dəfə mübahisələri 2024-cü ildə baş verib: “Könülün qeyri-rəsmi yaşadığı Asim adlı şəxs mənimlə münasibətdə olan Mahirin yaşadığı Masazır qəsəbəsindəki evinə gedib və Könüllə birgə ona hədə-qorxu gəlib, şikayət edəcəyi təqdirdə onu öldürəcəyini bildirib”.

“Bizi vurandan sonra qaçdı”

Esmiranın ifadəsinə görə, iyulun 6-da saat 22 radələrində Mahirin idarə etdiyi “Opel Astra” markalı avtomobillə Masazır qəsəbəsi, Yeni Saray şadlıq evinin yaxınlığından üzü Xırdalan dairəsinə tərəf gəliblər: “Asim “Kia” markalı avtomobillə bizi təqib edirdi.

Biz birgə Xırdalan dairəsinə tərəf hərəkətdə olarkən “Daffman” təkər sexinin qarşısında Asim öz avtomobili ilə bizim maşının önünü kəsdi. Əlində bıçaqla avtomobilə yaxınlaşdı. Könül də maşından düşdü, əli ilə bizi Asimə göstərdi.

Asim maşının sağ arxa qapısını açdı, bıçaqla məni vurmaq istədi. Ona mane olmaq istəsəm də, qapını açdı, bıçaqla çənə nahiyəmə bir zərbə endirdi. Mahir maşından düşərək ona mane olmaq istədi.

Asim Mahirin sol qoluna bir zərbə endirdi və qaçaraq avtomobilinə əyləşdi. Sonra isə oradan uzaqlaşdı. Bundan sonra Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng vurdum və hadisə barədə məlumat verdim”.

Bu cinayət işinə Binəqədi Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Asim 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Sentyabr 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see527

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see255

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see246

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see245

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see233

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see231

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see227

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see225

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see214

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see213

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see211

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see210

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see207

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see202

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see182

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see176

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see175

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see173

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see156

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri