Icma.az
close
up
RU
Bakıda müğənni döyüldü TƏFƏRRÜAT

Bakıda müğənni döyüldü TƏFƏRRÜAT

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakının Xətai rayonunda kafedə dava olub, müğənni döyülüb. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə “123” adlı kafedə baş verib. Şərur rayon sakini, 1991-ci il təvəllüdlü Nicat icarəyə götürdüyü həmin kafedə müğənnilik edən Tofiqlə mübahisəsi yaranıb. 
Onların mübahisəsinə səbəb isə təqsirləndirilən şəxsin müğənnini işdən çıxarması ilə bağlı olub. Zərərçəkmiş işdən çıxdığı təqdirdə kafenin yaxşı işləməyəcəyini nalayiq ifadələrlə bildirib. 
Bu səbəbdən Tofiqin təqsirləndirilən şəxsin şəriki  arasında da mübahisə yaranıb. Mübahisə zamanı araya girən Nicat müğənnin yaxasından tutub, onun qulaq nahiyəsinə əli ilə vurub. Ona eşitmə zəifliyi, sağ qulağın travmatik zədələnməsi ilə nəticələnən xəsarətlər yetirib. 
Hadisəni törədən Nicatın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə izahat verən təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, 2024-cü ilin təxminən may ayında Xətai rayonu, M.Hadi küçəsində yerləşən 123 adlı kafeni icarəyə götürüb: “Kafeni icarəyə götürdükdən sonra dostum “Hacı” ləqəbli Xaliqə təklif etdim ki, gəlsin, şərikli işlədərək kafeni idarə edək. Kafeni işlətməyə başlayanda bizdən əvvəl kafeni icarədar kafedə canlı musiqi olmasına icazə verdiyinə görə həmin kafedə Tofiq adlı müğənni işləyirdi. Özümüzün razılığımız ilə Tofiq iş yerində qalmasına icazə verdik. Bir müddət müğənni kafedə işlədikdən sonra onun müştərilərlə yaxşı münasibət qurmaması, müştərilərdən oxumağına görə pul almasını gördük. Buna görə ona iradlarımızı bildirdik. Dedik ki, kafedən çıxsın və bir daha kafedə gələrək müğənnilik etməsin. Bundan sonra Tofiq kafedə işləyən digər musiqiçilərlə söhbət edən zaman bildirib ki, əgər o kafedən getsə, kafe əxlaqsızxana olacaq və bunu eşidən Lalə Tofiqin kafe barəsində bu kimi cümlələr işlətməsini Xaliqə çatdırdı. Xaliq Tofiqi yanına çağıraraq niyə bu kimi sözlər kafe haqqında deməsini aydınlaşdıran zaman aralarında söz mübahisəsi düşdü.  Mən Tofiqi vurmamışam, sağlamlığına xəsarət yetirməmişəm. Buna baxmayaraq zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etmişəm. Lakin sonuncu razı olmayıb”.
İş üzrə zərərçəkmiş Tofiqin sözlərinə görə, 2024-cü ilin yanvar-fevral ayından etibarən kafedə müğənni kimi fəaliyyət göstərib: “Həmin kafenin icarəyə götürərək işlədənlər Hacı və Nicat adlı şəxslərdir. 11 iyul 2024-cü ildə, təxminən saat 07:00-da müğənni yoldaşım Mətanət xanımla masa arxasında əyləşdik və söhbət edən zaman söhbət əsasında ona bildirdim ki, əgər bu kafedən çıxsam, kafe pis günə qalacaq. Bu kimi danışığımı kafenin sahiblərindən biri olan Xaliqin sevgilisi Lalə eşitdi. Lalə bunu eşidəndən sonra danışığımı Hacıya çatdırdı”. 
Müğənni qeyd edib ki, daha sonra Hacı onu yanına çağırıb və onun ünvanına nalayiq sözlər işlədib, ərək Mətanət ilə bu kimi söhbətlər aparmağına irad bildirib: “Öz növbəmdə dedim ki, Mətanətlə ancaq bu barədə danışıq aparmışam. Bu kimi cavabından sonra Hacı ünvanıma nalayiq söz işlətdi və cavabını verdim. Bu zaman Nicat otaqdan çıxaraq arxadan yaxınlaşdı və xəbərim olmadan şillə ilə sağ qulağıma bir dəfə vuraraq xəsarət yetirdi. Bundan sonra ayağa qalxaraq Nicatla mübahisə etdim. Bu zaman Hacı ayağa qalxararaq məni əlləri ilə tutdu ki, Nicat məni vuraraq döysün. Buna baxmayaraq Hacının əlindən çıxdım. Bundan sonra Nicat  mətbəx istiqamətində gedərək əlini belinə atdı və bıçaq çıxararaq məni vurmaq istəyən zaman iş yoldaşlarım - əsl adı Səriyyə olan, lakin hamı onu Günay adı ilə çağıran Günay və Mətanət onun qarşısına keçdi. Onlar Nicatı sakitləşdirdi və bıçağı ondan aldılar. Bundan sonra  kafedən çıxararaq Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng etdim, hadisə barədə məlumat verdim”. 
Tofiqin sözlərinə görə, daha sonra ona Günay və Mətanət yaxınlaşıb, onun lehinə izahat verəcəyini vəd ediblər: “Günayla Nicat bir müddət sonra münaqişə yaşadı. Nicat mənim üstümə çəkdiyi bıçağı həmin münaqişə zamanı Günayın üzərinə də çıxartmışdı. Onlar arasında gərginlik yaşandı və Günay da 102 xidmətinə məlumat verdi”.  
Həmçinin zərərçəkmiş bildirib ki, təqsirləndirilən şəxsin dayısı barışıq üçün onunla əlaqə saxlasa da, dəymiş ziyanın məbləğində razılığa gələ bilməyiblər.
Bu cinayət işinə Xətai Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nicat 1500 manat məbləğində cərimə olunub. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 İyul 2025 21:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see404

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see370

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see368

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see332

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see328

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see320

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see253

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see243

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see223

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see222

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see214

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see212

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see210

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see210

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see205

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see195

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see194

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see190

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see190

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri