Icma.az
close
up
RU
Bakıda ikinci Katolik Kilsəsi tikiləcək Mehriban Əliyeva

Bakıda ikinci Katolik Kilsəsi tikiləcək Mehriban Əliyeva

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 17-də Vatikanın dövlət katibi kardinal Pietro Parolin ilə görüşüb.

Axar.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva kardinal Pietro Parolini yenidən görməyinə şad olduğunu deyərək, katolik dünyasını "Yubiley İli" münasibətilə təbrik edib.

Vatikanın dövlət katibinin keçən ilin noyabrında Azərbaycanda keçirilən COP29 tədbirində iştirakına görə təşəkkürünü bildirən Birinci vitse-prezident ölkəmizin Müqəddəs Taxt-Tacla inkişaf edən əməkdaşlığının son illər ərzində vüsət almış dinamikasından məmnunluğunu ifadə edib.

Azərbaycanın dini tolerantlıq və multikulturalizm dəyərlərini özündə birləşdirən ölkə olduğunu diqqətə çatdıran Mehriban Əliyeva bunun həm dövlət siyasəti, həm də cəmiyyətimizin yaşayış tərzi olduğunu vurğulayıb. Birinci vitse-prezident Müqəddəs Taxt-Tacla əməkdaşlıq çərçivəsində Heydər Əliyev Fondu tərəfindən görülən işlər barədə danışaraq, ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu bildirib. Ölkəmizdə katolik icması ilə münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edən Birinci vitse-prezident deyib:

"Dövlət katibinin keçən ilin noyabrında Azərbaycanda qaldırıldığı məsələ - ölkəmizdə ikinci Katolik Kilsəsinin tikilməsi müsbət həllini tapmaqdadır. Prezident İlham Əliyev tərəfindən artıq bu barədə müsbət qərar verilib və bu yaxınlarda paytaxtımızda ikinci Katolik Kilsəsinin inşasına başlanılacaq".

Mehriban Əliyeva kardinal Pietro Parolinin Azərbaycanda ölkəmizin və xalqımızın yaxın dostu kimi tanındığını qeyd edib, əməkdaşlığımızın sürətlə və uğurla inkişafına görə ona minnətdarlığını bildirib.

Pietro Parolin Birinci vitse-prezident Mehriban Əliyevanı yenidən görməkdən şərəf duyduğunu deyərək, Azərbaycan dövlətinə, münasibətlərin bu səviyyəyə çatdırılmasında səylərinə görə şəxsən Prezident İlham Əliyevə dərin təşəkkürünü ifadə edib. O, keçən ilin noyabrında COP29-la bağlı Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev tərəfindən qəbul olunmasını Müqəddəs Taxt-Taca hörmətin təzahürü kimi qiymətləndirib. Heydər Əliyev Fondunun dəstəyi ilə uğurla həyata keçirilən layihələr barədə danışan kardinal bu əməkdaşlığı yüksək dəyərləndirib. O, həmçinin Azərbaycanda fəaliyyət göstərən katolik icması ilə dövlət arasında nümunəvi münasibətlərin mövcud olduğunu diqqətə çatdıraraq, dövlətlərimizin əməkdaşlığının möhkəmləndirilməsinin önəmini vurğulayaraq deyib:

"Bakıda ikinci Katolik Kilsəsinin tikilməsi çox təqdirəlayiq haldır, buna görə Azərbaycana minnətdarıq. Bu, bir daha ölkənizdə bütün dinlərə göstərilən qayğı və hörmətin təzahürüdür. Azərbaycan bu mənada bir çox ölkələr üçün nümunədir".

Kardinal Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Feketenin Prezident İlham Əliyev tərəfindən "Dostluq" ordeni ilə təltif edilməsinin Müqəddəs Taxt-Taca hörmətin daha bir əlaməti olduğunu diqqətə çatdırıb.

Dövlət katibi Pietro Parolin avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ tərəfindən Birgə Bəyannamənin imzalanması, Ermənistanla Azərbaycan arasında sülh sazişinin paraflanması münasibətilə ölkəmizi təbrik edib, Vatikanın regionda sülhün bərqərar olmasını birmənalı şəkildə dəstəklədiyini bildirib.

Təbriklərə görə kardinal Pietro Parolinə minnətdarlığını ifadə edən Birinci vitse-prezident Mehriban Əliyeva Vaşinqton Sammitinin nəticələrini yüksək qiymətləndirərək, Azərbaycan və Ermənistan rəhbərlərinin sülh gündəliyinə sadiq qaldıqlarını, regionda davamlı sülhün bərqərar olmasına ümidvar olduğunu vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:274
embedMənbə:https://axar.az
archiveBu xəbər 17 Oktyabr 2025 23:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri