Icma.az
close
up
RU
Bakıda ilk dəfə “ağıllı daşıma sistemi” yaradıldı: Laboratoriyanı uşaqlar üçün qurmuşuq...

Bakıda ilk dəfə “ağıllı daşıma sistemi” yaradıldı: Laboratoriyanı uşaqlar üçün qurmuşuq...

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki 8 tibb müəssisəsində laboratoriya nümunələrinin toplanması, daşınması zamanı preanalitik və postanalitik mərhələlərdə gedişatın dəqiq və xətasız şəkildə təqib edilməsi, sürətləndirilməsi məqsədilə “ağıllı daşıma sistemi” qurulub.

TƏBİB-dən Gununsesi.info-ya bildirilib ki, Respublika Pediatriya Mərkəzinin nəzdindəki tibb müəssisələri – Ə.Qarayev adına Uşaq Klinik Xəstəxanası, Uşaq Nevroloji Xəstəxanası, Nərimanov Uşaq Klinik Xəstəxanası, Yasamal Uşaq Kilinik Xəstəxanası, Nərimanov Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası, Nizami Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası, Sabunçu Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası standartlaşma və keyfiyyət standartlarının təkmilləşdirilməsi təmin edilməklə ən müasir cihaz və proqram təminatı ilə təchiz olunub.

İlk dəfə olaraq ölkədə Ə.Qarayev adına Uşaq Klinik Xəstəxanasında biokimya və immunassay cihazları bir-birinə inteqrasiya olunmaqla heç bir mexaniki müdaxiləsiz tam avtomat qapalı sistem qurulub. Cihaza eyni anda 300 xəstə nümunəsi yüklənə bilinir. Cihazlar çox kiçik həcmli qan nümunələrindən bir sıra testləri icra edə bilir. Bu isə öz növbəsində test nəticələrinin daha qısa müddətdə əldə edilməsinə, xəstədən alınan 1 tüp qandan eyni anda daha çox test parametrinin işlənilməsinə, mexaniki müdaxilənin minimuma endirilməsinə səbəb olur.

Laboratoriyalarda qurulan tam avtomat sistem ən son beynəlxalq standart və sertifikatlara malikdir.

Tam avtomat şəkildə qanın ümumi analizini icra etmək üçün müvafiq cihaz da Ə.Qarayev adına Uşaq Klinik Xəstəxanasında istifadəyə verilib. Respublika Pediatriya Mərkəzinin xəstəxanalarının bütün laboratoriyaları qan qrupu, kumbs testlərinin icrası üçün qızıl standart hesab edilən gel texnologiyasına əsaslanan aqqlütinasiya üsulu ilə işləyən cihazlarla təchiz olunub. Cihaz qan qrupunun təyinini və dəyərləndirilməsini icra edir. Bundan başqa, mərkəzin xəstəxanalarının bütün laboratoriyalarında eyni qan ümumi analiz nümunəsindən EÇS (eritrositlərin çökmə sürəti) testini icra etmək üçün də cihazlar qurulub. Bu da öz növbəsində pediatrik xəstə qrupundan çox çətin olan əlavə qan nümunəsinin alınmamasını təmin edir.

Bütün bunların hər biri işçi xətasının minimuma endirilməsinə və düzgün nəticə əldə olunmasına xidmət edir.

“Ağıllı daşıma sistemi” laboratoriyalardan mərkəzi laboratoriyaya qədər daşınan müddətdə tüplərin daşınmasının bütün mərhələlərini onlayn izləmək, qeydiyyata almaq və daşınma zamanı itirilən tüpləri aşkarlamaq imkanını təmin edir. Eyni zamanda, nümunələrin çeşidlənməsi maksimum həddə asanlaşıb.

Sözügedən cihazların və proqram təminatının TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrində də qurulması nəzərdə tutulur.

Gununsesi.infoya açıqlamasında Respublika Pediatriya Mərkəzinin direktoru, Uzman Doktor Azər Əhmədov laboratoriyanın əsas xüsusiyyətlərindən bəhs edib:

“Artıq qürurla deyə bilərik ki, analoqu olmayan, ən son texnologiyalarla təmin edilmiş laboratoriyanı – gələcəyimiz olan uşaqlar üçün qurmuşuq.

Artıq övladlarımızı güvənlə müayinə və müalicəyə apara biləcəyimiz bir mərkəzimiz var! Hər kəs çox çalışdı, çox yoruldu, amma nəticə həqiqətən mükəmməldir.

Bu prosesə böyük sevgi və məsuliyyətlə yanaşan hörmətli rəhbərlərimiz – cənab Zaur Əliyev və cənab Vüqar C. Qurbanov başda olmaqla, dəyərli Nurlan müəllimə, gecə-gündüz işin başında dayanaraq ən xırda detallara belə həssaslıqla yanaşan Qumral xanım və onun fədakar komandasına, əməyi keçən hər kəsə – həm kollektivimiz, həm də balaca pasiyentlərimiz adından dərin təşəkkürümü bildirirəm”.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 İyul 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see237

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see233

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see201

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see190

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”ni idarə etməyə hazırdır

01 Yanvar 2026 20:17see182

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see153

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see146

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see145

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see144

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see143

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see140

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see140

Sabah da ayrılıq baş verə bilər, Rusiyaya geri qayıdır İDDİA

01 Yanvar 2026 13:32see138

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see137

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see137

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see136

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see136

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see136

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri