Icma.az
close
up
RU
TƏBİB “ağıllı daşıma sistemi” tətbiq etdi Azərbaycanda ilk FOTO

TƏBİB “ağıllı daşıma sistemi” tətbiq etdi Azərbaycanda ilk FOTO

Medicina portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


TƏBİB-in tabeliyindəki 8 tibb müəssisəsində laboratoriya nümunələrinin toplanması, daşınması zamanı pre-analitik və post-analitik mərhələlərdə gedişatın dəqiq və xətasız şəkildə təqib edilməsi, sürətləndirilməsi məqsədilə “ağıllı daşıma sistemi” qurulub.

Medicina.az bildirir ki, Respublika Pediatriya Mərkəzinin nəzdindəki tibb müəssisələrinin - Ə.Qarayev adına Uşaq Klinik Xəstəxanası, Uşaq Nevroloji Xəstəxanası, Nərimanov Uşaq Klinik Xəstəxanası, Yasamal Uşaq Kilinik Xəstəxanası, Nərimanov Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası, Nizami Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası, Sabunçu Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası standartlaşma və keyfiyyət standartlarının təkmilləşdirilməsini təmin etməklə ən müasir cihaz və proqram təminatı ilə təchiz olunub.


İlk dəfə olaraq ölkədə Ə.Qarayev adına Uşaq Klinik Xəstəxanasında biokimya və immunassay cihazları bir-birinə inteqrasiya olunmaqla heç bir mexaniki müdaxiləsiz tam avtomat qapalı sistem qurulub. Cihaza eyni anda 300 xəstə nümunəsi yüklənə bilinir. Cihazlar çox kiçik həcmli qan nümunələrindən bir sıra testləri icra edə bilir. Bu isə öz növbəsində test nəticələrinin daha qısa müddətdə əldə edilməsinə, xəstədən alınan 1 tüp qandan eyni anda daha çox test parametrinin işlənilməsinə, mexaniki müdaxilənin minimuma endirilməsinə səbəb olur.


Laboratoriyalarda qurulan tam avtomat sistem ən son beynəlxalq standart və sertifikatlara malikdir.

Tam avtomat şəkildə qanın ümumi analizini icra etmək üçün, eyni zamanda tam avtomat sidik cihazı da Ə.Qarayev Adına Uşaq Klinik Xəstəxanasında istifadəyə verilib. Respublika Pediatriya Mərkəzinin xəstəxanalarının bütün laboratoriyaları qan qrupu, kumbs testlərinin icrası üçün qızıl standart hesab olunan gel texnologiyasına əsaslanan aqqlütinasiya üsulu ilə işləyən cihazlarla təchiz olunub. Cihaz qan qrupunun təyinini və dəyərləndirilməsini icra edir. Bundan başqa Mərkəzin xəstəxanalarının bütün laboratoriyalarında eyni qan ümumi analiz nümunəsindən EÇS (eritrositlərin çökmə sürəti) testini icra etmək üçün də cihazlar qurulub. Bu da öz növbəsində pediatrik xəstə qrupundan çox çətin olan əlavə qan nümunəsinin alınmamasını təmin edir.


Bütün bunların hər biri işçi xətasının minimuma endirilməsinə və düzgün nəticə əldə edilməsinə xidmət edir.

“Ağıllı daşıma sistemi” laboratoriyalardan mərkəzi laboratoriyaya qədər daşınan müddətdə tüplərin daşınmasının bütün mərhələlərini onlayn izləmək, qeydiyyata almaq və daşınma zamanı itirilən tüpləri aşkar etmək imkanını təmin edir. Eyni zamanda nümunələrin çeşidlənməsi maksimum həddə asanlaşıb.

Sözügedən cihazların və proqram təminatının TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrində də qurulması nəzərdə tutulur.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 04 İyul 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri