Bakıda ilk dəfə Paqanini gecəsi keçiriləcək VIDEO
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yeniliklər və yüksək estetik zövqlü layihələri ilə seçilən "Nadir Events", aprelin 8-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında dünya musiqi tarixinin dahi siması Nikkolo Paqaniniyə həsr olunmuş möhtəşəm konsert proqramını təqdim edəcək.
Milli.Az xəbər verir ki, ilk dəfə keçiriləcək "Paqanini Gecəsi"nin əsas məqsədi - bəstəkarın texniki imkanların sərhədini zorlayan, virtuozluq və dərin emosionallıq tələb edən əsərlərini bir araya gətirərək, klassik musiqi irsini müasir və kübar bir formatda tamaşaçılara çatdırmaq, Azərbaycanın gənc və peşəkar virtuozlarını eyni səhnədə toplamaqdır.
Paqanini yaradıcılığının ən parlaq nümunələrindən ibarət gecədə tanınmış musiqiçilər - Əməkdar artist Əyyub Əliyev, Ümidə Abasova, Səid Məmmədov, Zərrin Əliyeva, Kənan Məmmədzadə, Səriyyə Nəsibova, Sura Rüfət, Fidan Musayeva, həmçinin vokal ifaçısı Nigar Cəfərova çıxış edəcəklər.
İfaçıları fortepianoda respublikanın istedadlı pianoçuları - Vurğun Vəkilov, Mehriban Süleymanova, Arzu Səfərova və Tofiq Şıxıyev müşayiət edəcəklər.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:197
Bu xəbər 25 Mart 2026 19:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















