Icma.az
close
up
RU
Bakıda “Qarabağ Gecəsi” adlı xeyriyyə konserti keçiriləcək

Bakıda “Qarabağ Gecəsi” adlı xeyriyyə konserti keçiriləcək

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 29 may, AZƏRTAC

İyunun 26-da Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşkilati dəstəyi, eləcə də “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin informasiya dəstəyi ilə “Qarabağ Gecəsi” adlı növbəti xeyriyyə konserti keçiriləcək.

Fonddan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq konsertdə dünya şöhrətli tenor, Xalq artisti Yusif Eyvazov, Əməkdar artist Afaq Abbasova, solistlər Mahir Tağızadə və Aytac Şıxəlizadə iştirak edəcəklər. Opera janrında təqdim olunacaq konsertin dirijoru isə Əməkdar artist Əyyub Quliyev olacaq.

Məlumat üçün bildirilib ki, konsertin biletləri artıq satışa çıxarılıb. Biletləri iTicket.az saytından və satış məntəqələrindən əldə etmək mümkündür.

Bilet əldə etmək, eyni zamanda, konsertin proqramı ilə tanış olmaq üçün linkə keçid edin.

Xatırladaq ki, bu günə qədər ikisi Bakıda (2022 və 2024), biri Gəncədə (2023), biri isə Şuşada (2024) olmaqla 4 analoji konsert təşkil olunub. Konsertlərdən əldə edilən 400 min manata yaxın vəsait işğaldan azad edilən ərazilərdə mədəniyyət obyektlərinin, o cümlədən Ağdamda yerləşən Pənahəli xanın İmarət Kompleksinin bərpasına və yenidən qurulmasına, eyni zamanda, Şuşa şəhəri üçün “Yamaha” istehsalı olan böyük konsert royalının alınmasına yönəldilib.

Builki konsertdən əldə ediləcək bütün vəsait isə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə işğaldan azad edilmiş ərazilərdə İşğal və Zəfər muzeyləri komplekslərinin yaradılmasına yönəldiləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 May 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see558

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see513

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see374

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see277

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see256

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see248

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see228

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see223

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see221

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see220

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see210

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see204

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see200

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see198

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see190

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see190

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see189

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri