Bakıda ilk kozinonun açılacağı tarix elan edildi
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İlk kazino - “Royale Casino” 2027-ci ilin may ayında Bakıda “Sea Breeze” də açılacaq.
Axar.az xəbər verir ki, bu barədə Vesti.az “Sea Breeze”in sahibi və təsisçisi, xalq artisti Emin Ağalarova istinadən məlumat yayıb.
“Royale Casino”nun tikintisi tam sürətlə davam edir. Kazino 2027-ci ilin may ayında açılacaq", - deyə Ağalarov bildirib.
90.000 kvadratmetrlik kazino Xəzər dənizinin Azərbaycan sektorunda, "Sea Breeze" kompleksinin daxilində süni yarımadada tikilir. Binanın ümumi hündürlüyü 35 metr olacaq: Kazinonun iki mərtəbəsinin hər biri 10 metr hündürlükdə, günbəz isə əlavə 15 metr.
Kazinoda 12 VIP salon və beynəlxalq poker turnirlərinə ev sahibliyi edə biləcək bir əsas salon olacaq. Kazinoya 21 yaşdan aşağı şəxslərin girişi qadağan ediləcək.
Kazinoda həmçinin konsert zalı, barlar, restoranlar və kafelər, eləcə də 1500 oyun avtomatı yerləşəcək. "Royale Casino" Avropanın ən böyük kazinosu olmaq potensialına malikdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 23 Oktyabr 2026 22:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















