Icma.az
close
up
RU
Bakıda tramvayların açılacağı tarix MƏLUM OLDU

Bakıda tramvayların açılacağı tarix MƏLUM OLDU

Bakıda tramvay nəqliyyatının tətbiq ediləcəyi tarix məlum olub.

Modern.az-ın məlumatına görə, sözügedən məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb .

Planda “Sea Breeze” daxilində nəqliyyat həllərinin planlaşdırılması və “Sea Breeze” − Pirşağı tramvay xəttinin çəkilməsi nəzərdə tutulub.

Tramvayların tətbiq edilməsi 2027-2029-cu illəri əhatə edir. Proses üzrə icraçı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi təyin edilib.

Xatırladaq ki, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planına əsasən, paytaxtda tramvayın yaradılması nəzərdə tutulub. Planda deyilir ki, tramvay və metrobus ictimai nəqliyyat növləri yaradılacaq.

seeBaxış sayı:37
embedMənbə:https://modern.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri