Icma.az
close
up
RU
Bakıda “IRONMAN 70.3” həyəcanı başlayıb FOTO

Bakıda “IRONMAN 70.3” həyəcanı başlayıb FOTO

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Bakıda beynəlxalq “Alufar IRONMAN 70.3” triatlon yarışı çərçivəsində tədbirlərə start verilib.

İdman.Biz xəbər verir ki, Bakı Bulvarının “Yeddi gözəl” fəvvarəsinin qarşısındakı ərazidə “IRONMAN” kəndi və əyləncə zonası fəaliyyətə başlayıb.

Ziyarətçilər burada “IRONMAN” ab-havasını yaxından hiss edə, müxtəlif əyləncəli və interaktiv fəaliyyətlərdə iştirak edə, əsas yarış ərəfəsində asudə vaxtlarını səmərəli keçirə bilərlər.

Bu gün, həmçinin sentyabrın 5-də keçiriləcək “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışında iştirak edəcək idmançıların qeydiyyatına başlanılıb.

Tədbirin əsas yarışı sentyabrın 5-də keçiriləcək. Dünyanın 62 ölkəsindən idmançılar start xəttinə çıxacaqlar. “IRONMAN 70.3” yarışı 1,9 kilometr üzgüçülük, 90 kilometr velosiped və 21,1 kilometr qaçış olmaqla üç mərhələdən ibarətdir. Yarışlar kişilər və qadınlar arasında 13 yaş kateqoriyası üzrə keçiriləcək.

“Alufar IRONMAN 70.3” çərçivəsində estafet yarışı da keçiriləcək. Kişilər, qadınlar və qarışıq komandalar arasında təşkil olunacaq yarışda ümumilikdə 47 komanda iştirak edəcək. Yarışın yekunlarına əsasən ən aktiv üç klub da mükafatlandırılacaq.

“IRONMAN 70.3 Baku” yarışında kişi və qadınlar arasında ən yaxşı nəticə göstərən 25 idmançı 2027-ci ildə ABŞ-da keçiriləcək “IRONMAN 70.3” Triatlon üzrə Dünya Çempionatına vəsiqə qazanacaq.

“Alufar IRONMAN 70.3 Baku” tədbiri çərçivəsində sentyabrın 4-də uşaqlar üçün “IRONKIDS”, eləcə də “Fun Run” qaçışları keçiriləcək. “IRONKIDS” yarışında 5–8 yaşlı uşaqlar 500 metr, 9–13 yaşlı iştirakçılar 1 kilometr, 14–17 yaşlı iştirakçılar isə 2 kilometr məsafə qət edəcəklər. 5 kilometrlik “Fun Run” qaçışında isə 18 yaşdan yuxarı şəxslər iştirak edə bilərlər. Hər iki yarışa qeydiyyat hazırda davam edir.

Qeyd edək ki, yarışlar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə baş tutacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 03 Sentyabr 2026 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see416

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see403

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see386

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see368

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see255

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see254

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see249

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see242

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see238

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see232

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see223

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see216

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see209

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see203

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see187

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see184

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see180

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see174

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see174

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri