Icma.az
close
up
RU
Bakıda işləmiş kritik isim Ərdoğanın yanına göndərildi Nələr baş verir?

Bakıda işləmiş kritik isim Ərdoğanın yanına göndərildi Nələr baş verir?

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Politoloq Elxan Şahinoğlunun Globalinfo.az-a müsahibəsini təqdim edirik:

– Fransa, ABŞ, Böyük Britaniya Ukraynaya Rusiyanın dərinliklərini raketlərdən istifadə edərək vurmağa icazə verdi. Ukraynanın ATACMS raketlərindən artıq Rusiyanın Bryansk ərazisinə zərbə endirdiyi deyilir. Bu, müharibənin taleyində necə təsir edəcək?

– Ukraynanın ABŞ və Avropa ölkələrinin uzaqmənzilli raketləri ilə Rusiyanın içərilərindəki hərbi mərkəzlərə zərbələr endirməsinə ehtiyacı var idi. Bu, müharibənin gedişində Ukraynanın xeyrinə gözlədiyi dəyişikliyi yaratmasa da, Rusiyaya ciddi problemlər yaradacaq. Rusiyanın “xüsusi hərbi əməliyyat” adı ilə Ukraynaya qarşı başladığı işğalçı müharibədən 1000 gün keçdi. Bu iki dövlət arasında müharibə sərhədini aşaraq beynəlxalq aləmin əsas probleminə çevrilib. “Üçüncü dünya müharibəsi” və “nüvə müharibəsi” terminləri adiləşib.

Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin 1000-ci günü ilə bağlı parlamentdəki çıxışında deyib ki, ukraynalılar yalnız özlərinə güvənməlidirlər: “Dünyanın Trampdan böyük gözləntisi olduğu halda, biz hər gün çalışmalı və qələbəni təmin etməliyik”. Zelenski bu sözlərlə ona işarə edib ki, ABŞ-ın yardımı Ukrayna üçün vacib olsa da, Ağ Evin yeni sahibi Donald Trampın Ukraynaya yardımı azaltması və ya dayandırması onların işğalçıya qarşı mübarizə əzmini əsla dayandırmayacaq.

Elxan Şahinoğlu

Buna baxmayaraq, Zelenski reallıqlarla hesablaşır və xarici dəstəyin Ukrayna üçün həyati əhəmiyyət daşıdığını anlayır. Təsadüfi deyil ki, Zelenski xarici işlər naziri Andrey Sibiqanı Vaşinqtona göndərib. O, prezident seçilən Donald Trampın ətrafındakı şəxslərlə görüşlər keçirəcək. Kiyevin bununla iki məqsədi var. Birinci məqsəd Trampın gələcək müşavirlərinin Ukrayna siyasətini müəyyənləşdirmək, ikincisi, Ukraynaya dəstəyin azaldılmasının və ya dayandırılmasının dünya üçün daha böyük təhlükə yaradacağını onlara anlatmaq.

Andrey Sibiqa Vaşinqtonda görüşlər keçirərkən onun yeni təyin olunan müavini Aleksandr Mişenko Ankarada danışıqlar aparıb. Vaxtilə Ukraynanın Türkiyə və Azərbaycanda səfiri vəzifəsində çalışmış Mişenko bölgəni yaxşı tanıyır. Kiyev üçün Ankaranın da Ukraynanın ərazi bütövlüyünə dəstəyini davam etdirməsi vacibdir. Kiyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya-Ukrayna müharibəsini dayandırması üçün irəli sürdüyü yeni plan barədə detallı məlumat əldə etmək istəyir.

Müharibənin bitməsini hamı arzulayır. Ancaq Ukrayna və ona dəstək verən dövlətlər ədalətli sülh, Kreml isə qonşu ölkənin bir hissəsinin işğalını rəsmiləşdirməyə imkan verən müqavilə istəyir. Ona görə də 1000-ci günü geridə qalan müharibənin yaxın aylarda bitəcəyini söyləmək çətindir.

– Rusiya bildirmişdi ki, raketlərdən istifadəyə icazə verilsə, bunu NATO və Qərbin Rusiyaya qarşı addımı kimi qəbul edəcək. Ötən gün isə Putin ölkəsinin nüvə doktrinasında dəyişiklik etdiyini açıqladı. Rusiya necə cavab zərbəsi endirə bilər? Ballistik raketlərdən sonra nüvə silahından istifadə gündəmdədirmi?

– Rusiya rəsmiləri nüvə silahından istifadə edə biləcəklərini aylardır söyləyirlər. Kreml düyməyə basarsa, bu, qlobal faciəyə səbəb olacaq. Rusiya nüvə silahından istifadə edərsə, öz ərazisinə də nüvə bombası atılacaq. Rusiyanın nüvə silahları olduğu kimi, Ukraynaya dəstək verən Qərb ölkələrinin bir qisminin də nüvə silahı var. Ona görə də Kremlin təhdidlərinə baxmayaraq, Rusiya hakimiyyətinin dünyanı fəlakətə sürükləyəcək müharibəyə rəvac verməyəcəyini proqnozlaşdırıram.

– Rusiya-NATO müharibəsi başlaya bilərmi?

– Məntiqlə hər iki tərəf müharibədən çəkinməlidir, çünki bu, Üçüncü Dünya savaşı demək olacaq. Ukrayna müharibəsi onsuz da Rusiyanı taqətdən salıb, üstəgəl döyüşəcəyi dövlətlərin sayı artarsa, şimal qonşumuz buna tab gətirə bilməyəcək. Rusiya 110 il əvvəl Birinci Dünya müharibəsinə başlayan ölkələrdən idi, nəticədə imperiya dağıldı, bolşevik çevrilişi baş verdi, kommunist rejimi milyonlarla insanın ölümünə yol açdı. Kreml eyni səhvi təkrarlasa, bu dəfə Rusiyanın dağılması sürətlənəcək.

Söhbətləşdi: Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Noyabr 2024 06:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri