Icma.az
close
up
RU
Vaşinqtondan Naxçıvana qədər... Əliyevlə Ərdoğanın gündəliyində nələr var?

Vaşinqtondan Naxçıvana qədər... Əliyevlə Ərdoğanın gündəliyində nələr var?

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Prezident İlham Əliyevin Türkiyə səfərinin gündəliyində iki məsələ önəmlidir.
Birincisi,
Iğdır-Naxçıvan Təbii Qaz Kəmərinin açılış mərasimidir. Naxçıvanın enerji təhlükəsizliyində strateji əhəmiyyətə malik olan kəmər İran faktorunu neytrallaşdırmağa imkan verir. Muxtar vilayətin qazla təminatı Azərbaycan və İran arasında svop müqaviləsi ilə həyata keçirilib, lakin daim riskli olub.
1. 44 günlük müharibədən sonra İran Azərbaycana qarşı aqressiv siyasətdə Naxçıvana çıxış və enerji təhlükəsizliyini rıçaqlardan biri kimi istifadə edirdi, hətta 2021-ci ildə Tehranın muxtar vilayətin qazını kəsdiyinə dair qeyri-rəsmi məlumatlar yayılmışdı;
2. İran ətrafında mümkün gərginlik xəttinin inkişafı Naxçıvanın enerji təhlükəsizliyi üçün riskli perspektivlər vəd edir;
Iğdır-Naxçıvan kəməri bu riskləri və İrandan asılılığı aradan qaldıracaq.
Bakı Zəngəzur dəhlizini Naxçıvana çıxış və enerji təhlükəsizliyinin təmin edilməsindəki alternativ layihə kimi nəzərdə tutur. Hərçənd, layihənin nə zaman və hansı şərtlərlə gerçəkləşəcəyi proseslərin inkişafından asılı olacaq. Iğdırdan kəmərin çəkilməsi real infrastruktur imkanlarından istifadə edilməklə yanaşı, alternativ xəttin yaradılmasına da hesablanıb. Zəngəzur dəhlizi reallaşdıqdan sonra bu istiqamətdə də kəmərin çəkilməsi planlaşdırılır, lakin bu baş tutsa belə, Iğdır kəməri muxtar vilayətin təhlükəsizliyinin bir mənbədən asılı olmaması baxımından strateji əhəmiyyət daşıyır.
İkincisi, Bakı və Ankara baş verən gərgin geosiyasi hadisələr fonunda “saatlarını yoxlayırlar”.
Tramp Amerikasının, eləcə də ABŞ-Rusiya anlaşmasının yaradacağı geosiyasi dəyişikliklər və bunun Yaxın Şərq, Cənubi Qafqaz, Orta dəhliz coğrafiyasına təsirləri aktualdır. Əliyevlə Ərdoğanın “saatları yoxlaması”na, baş verə biləcək hadisələrə hazırlıqlı olmasına ehtiyac var.
Asif Nərimanlı
publika.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:226
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 05 Mart 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri