Icma.az
close
up
RU
Bakıda İtaliya Mətbəxi Həftəsi başlayıb

Bakıda İtaliya Mətbəxi Həftəsi başlayıb

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İtaliyanın Azərbaycandakı səfirliyi, ITA- İtaliya Ticarət Agentliyi ilə əməkdaşlıq çərçivəsində Bakıda “Dünya İtaliya Mətbəxi Həftəsinin X buraxılışı” başlayıb. 

525.az xəbər verir ki, tədbirin builki buraxılışı “İtaliya mətbəxi: sağlamlıq, mədəniyyət və innovasiya” mövzusuna həsr olunub.

İtaliya mətbəxi həftəsinin başlaması ilə bağlı keçirilən mətbuat konfransında İtaliyanın ölkəmizdəki səfiri Luka Di Canfrançesko bildirib ki, həftə İtaliyanın Xarici İşlər Nazirliyinin tərəfindən təşkil olunub və digər ölkələrdəki səfirliklər də bununla bağlı tədbirlər keçirirlər. Səfir mətbəx həftəsinin mövzusunun çox önəmli olan üç məqamı əhatə etdiyini bildirib: "Bunlar sağlamlıq, mədəniyyət və innovasiyadır. İtaliya mətbəxi, həmçinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olmaq üçün təqdim olunub". 

O deyib ki, mətbəx həftəsi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına namizəd olan İtalyan mətbəxinin mədəniyyət aspektini vurğulamağı, həmçinin düzgün qidalanma və sağlamlıq tərəflərini önə çıxarmağı hədəfləyir:  

"Bu, eyni zamanda, qeyri-yoluxucu xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə BMT-nin dördüncü yüksək səviyyəli görüşündəki İtaliyanın mövqeyi ilə uyğundur".

Diplomat əlavə edib ki, bu il Azərbaycanda keçiriləcək tədbirdə dünya miqyasında tanınan və İtaliya mətbəxinin ən nüfuzlu nümayəndələrindən biri olan, Bergamo şəhərinin üç Michelin ulduzlu məşhur “Da Vittorio” restoranı iştirak edir.

İtaliya Ticarət Agentliyinin direktoru Çeçiliya Oliva deyib ki, İtaliya məhsullarına bütün dünyada maraq getdikcə artır: "İtaliya həyat tərzini Azərbaycanda təşviq etmək üçün çalışırıq. İtaliya mətbəxi qida təhlükəsizliyini  özündə ehtiva edir. Mətbəxi Azərbaycanda təşviq etmək üçün əlimizdən gələni etdik. Ötən il İtaliya məhsullarının Azərbaycana ixracı 10 faiz artıb, altı ayda bu artım 14 faiz  olub. Bu isə 10 milyon avro artım deməkdir. Azərbaycanda İtaliyanın məhsullarına maraq artır. İtaliyanın 20 regionu var və onların hər birinin özünəməxsus mətbəxi mövcuddur. Ümid edirəm ki bu həftə İtaliya ilə Azərbaycan arasında mədəni, iqtisadi əməkdaşlığın daha da gücləndirilməsinə öz töhfəsini verəcək". 
Şef Cerea rəhbərlik etdiyi restoranın 60 ildən artıqdır fəaliyyət göstərdiyini deyib. İtaliya mətbəx ənənəsindən söz açıb, məhsul seçiminin yeməyin hazırlanmasında əsas rol oynadığını bildirib. 

Konfransdan sonra xüsusi masterclass təşkil olunub.

Pərvanə Sultanova

Bakıda İtaliya Mətbəxi Həftəsi başlayıb 

Bakıda İtaliya Mətbəxi Həftəsi başlayıb 

Bakıda İtaliya Mətbəxi Həftəsi başlayıb 

Bakıda İtaliya Mətbəxi Həftəsi başlayıb 

Bakıda İtaliya Mətbəxi Həftəsi başlayıb 

Bakıda İtaliya Mətbəxi Həftəsi başlayıb 

Bakıda İtaliya Mətbəxi Həftəsi başlayıb 

Şəkil sayı: 7

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Oktyabr 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri