Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Bakıda İtaliya Mətbəxi Həftəsi başlayıb

Bakıda İtaliya Mətbəxi Həftəsi başlayıb

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda “UNESCO-nun mədəni irsi kimi İtalyan mətbəxi: mükəmməllik nümunəsi olan regionlar və istehsal zəncirləri” mövzusunda “Dünyada İtaliya Mətbəxi Həftəsinin XI buraxılışı”ı başlayıb.

525.az xəbər verir ki, tədbiri İtaliya səfirliyi ITA- İtaliya Ticarət Agentliyi ilə əməkdaşlıq çərçivəsində təşkil edib.

Təşəbbüsün əsas məqsədi İtaliyanın zəngin qastronomik irsini tanıtmaq, eləcə də İtaliya ərzaq və şərab məhsullarının beynəlxalq bazarlarda mövqeyini gücləndirməkdir.

Artıq Azərbaycanda İtaliyanın tanıdılmasına yönəlmiş tədbirlər təqviminin ənənəvi illik tədbirlərindən birinə çevrilmiş bu təşəbbüs iki ölkəni İtaliya mədəniyyətinin ən tanınan ifadələrindən biri – onun zəngin qastronomik ənənələri vasitəsilə daha da yaxınlaşdırmaq üçün mühüm fürsətdir.
Tədbirdə çıxış edən İtaliya səfiri  Luka Di Canfrançesko bildirib ki, bu ilin buraxılışı 2025-ci ilin dekabr ayında əldə edilmiş nüfuzlu beynəlxalq tanınma baxımından xüsusi əhəmiyyət daşıyır. Belə ki, İtaliya mətbəxi UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına rəsmi olaraq daxil edilib. Bu tanınma yalnız İtaliya kulinariya ənənələrinin zənginliyini və müxtəlifliyini deyil, həm də onların arxasında dayanan dəyərləri – ərzaq məhsullarının keyfiyyətini, yerli məhsullara və mövsümiliyə hörməti, dayanıqlılığı, bilik və təcrübənin nəsildən-nəslə ötürülməsini və hər şeydən əvvəl, yeməyi bölüşmək və süfrə ətrafında bir araya gəlmək ənənəsini təqdir edir.

Səfir deyib ki, İtaliya mətbəxi sadəcə qastronomik ənənədən daha artıq məna daşıyır: o, milli kimliyin, İtaliyanın müxtəlif regionlarının və onların kənd təsərrüfatı istehsalının, eləcə də istehsalçılar, ailə müəssisələri və kiçik və orta sahibkarlıq subyektləri tərəfindən nəsillər boyu formalaşdırılmış bilik və bacarıqların ifadəsidir. Bu model ənənə ilə innovasiyanı uğurla birləşdirir və yerli ənənələrə, qonaqpərvərliyə və birgə süfrə mədəniyyətinə dərindən bağlı olan Azərbaycan mətbəxi ilə bir çox ortaq dəyərləri bölüşür.

İtaliya Ticarət Agentliyinin Bakı Ofisinin direktoru Cecilia Oliva bildirib ki, İtaliya Ticarət Agentliyinin Bakı Ofisi Azərbaycanda İtaliya ərzaq və şərab məhsullarının təşviqi məqsədilə il ərzində həyata keçirilən və İtaliya Mətbəxi Həftəsinin hüdudlarını aşan genişmiqyaslı proqram reallaşdırır.
Təşkil olunan təşəbbüslər arasında İtaliya sıxma zeytun yağına və İtaliya mətbəxinə həsr olunmuş, İtaliyanın ən nüfuzlu beynəlxalq kulinariya təhsil müəssisələrindən biri olan ALMA – İtaliya Beynəlxalq Kulinariya Məktəbi ilə əməkdaşlıq çərçivəsində keçirilən ustad dərsləri xüsusi yer tutur.

Onun sözlərinə görə, təşviqat proqramına həmçinin azərbaycanlı alıcıların və biznes nümayəndələrinin İtaliyaya səfərləri də daxil olub. Onlar İtaliyanın aparıcı beynəlxalq ərzaq və içki sərgilərində iştirak etmək üçün dəvət olunublar. Bu səfərlər İtaliya istehsalçıları ilə birbaşa görüşmək, yeni məhsullarla tanış olmaq və potensial biznes tərəfdaşlıqlarını araşdırmaq imkanı yaradır. Əkavə edib ki, proqram dekabrın 4–9-da Port Baku Bazar-da İtaliya ərzaq məhsullarına həsr olunmuş xüsusi təşəbbüslə davam edəcək. Bu təşəbbüs Azərbaycan istehlakçılarına müxtəlif İtaliya mətbəxinin xüsusi dadları ilə tanış olmaq və onları əldə etmək imkanı verəcək.

“Bizim məqsədimiz yalnız İtaliya məhsullarını deyil, həm də onların arxasında dayanan mədəniyyəti, ənənələri və dəyərləri tanıtmaqdır. Azərbaycan maraqlı və inkişaf edən bazardır. Burada İtaliya məhsullarının keyfiyyətinə və autentikliyinə marağın artdığını müşahidə edirik. Təşəbbüslərimiz vasitəsilə yerli biznes nümayəndələri ilə əlaqələrimizi gücləndirməyi, yeni kommersiya imkanlarını təşviq etməyi və İtaliya ərzaq və şərab məhsullarının Azərbaycan bazarında mövqeyini daha da möhkəmləndirməyi hədəfləyirik”, Cecilia Oliva söyləyib.

Mətbəx həftəsində dünya miqyasında tanınan və İtaliya mətbəxinin ən nüfuzlu nümayəndələrindən biri olan, Bergamo şəhərinin üç Michelin ulduzlu məşhur “Da Vittorio” restoranının şefi Bob Cerea iştirak edir. O, İtaliya mətbıxinin ən məşhur təamlarını hazırlayaraq qonaqlara təqdim edib.

Qeyd edək ki, 13 noyabrda diplomatik korpus nümayəndələri üçün masterclass - Show Cooking təşkil ediləcək.

Bundan əlavə, İtaliya mətbəxinin ənənələrini, regionlara xas məhsulları və “Made in Italy” brendini təbliğ etmək məqsədilə dövlət qurumlarının nümayəndələri, diplomatik korpusun təmsilçiləri, eləcə də iqtisadi və kommersiya sahəsində fəaliyyət göstərən şəxslər üçün tanıtım xarakterli iki şam yeməyi nəzərdə tutulur.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Noyabr 2026 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see354

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see268

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see264

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see242

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see239

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see222

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see218

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see213

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see209

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see205

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see201

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see197

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see195

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see187

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see186

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see182

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see182

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see176

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri