Bakıda IX Beynəlxalq Bankçılıq Forumu keçirilir FOTO
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu gün Bakıda IX Beynəlxalq Bankçılıq Forumu işinə başlayıb.
“APA-Economics” xəbər verir ki, tədbir “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” mövzusuna həsr olunub və bank sektorunun nağdsız iqtisadiyyata keçid, rəqəmsal transformasiya və yeni maliyyə texnologiyaları üzrə trendlərini müzakirə edir. Forumda hökumət qurumlarının, tənzimləyicilərin, kommersiya banklarının, fintex şirkətlərinin və beynəlxalq təşkilatların rəhbər şəxsləri iştirak edir.
Panel müzakirələri sektorun dayanıqlığı, innovativ xidmətlər və məlumat ekosisteminin inkişafına fokuslanıb.
Qeyd edək ki, Forum noyabrın 20-də kibertəhlükəsizlik, rəqəmsal fırıldaqçılığın qarşısının alınması, analitikaya əsaslanan kreditləşmə və kapital bazarlarının yeni imkanları mövzuları ilə davam edəcək.
Baxış sayı:92
Bu xəbər 19 Noyabr 2025 09:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















