Icma.az
close
up
RU
Bakıda X Beynəlxalq Bankçılıq Forumu

Bakıda X Beynəlxalq Bankçılıq Forumu

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Maliyyə sektorunda süni intellektə meydan açılır

Dünən Bakıda “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq və texnologiya­lar” mövzusunda X Beynəlxalq Bankçılıq Forumu (IBF 2026) işə başlayıb. İki gün davam edəcək forumda dövlət qurumlarının, yerli və xarici bankların, beynəlxalq maliyyə institutlarının, fintex şirkətlərinin və texnologiya sekto­runun nümayəndələri iştirak edirlər. Təşkilatçıların məlumatına görə, tədbir 50-dək spikeri, 270 şirkəti və 1500 iştirakçını bir araya gətirir.

Forumun diqqətçəkən açıqlamaların­dan biri Mərkəzi Bankın bank sektorunda süni intellekt və riyazi modellərin istifadə­si ilə bağlı nəzarət yanaşmasına dair olub. Mərkəzi Bank sədrinin birinci müavini Əliyar Məmmədyarov bildirib ki, banklar­da modellərdən irəli gələn risklər tənzim­ləyici qurumun əsas nəzarət prioritetləri sırasına daxil ediləcək. Onun sözlərinə görə, düzgün qurulmayan və ya yanlış tət­biq olunan riyazi, eləcə də süni intellekt modelləri maliyyə itkilərinə, idarəetmə qə­rarlarında səhvlərə və reputasiya risklərinə səbəb ola bilər.

O qeyd edib ki, süni intellektdən yal­nız xərclərin azaldılması və insan əməyi­nin tam əvəzlənməsi məqsədilə istifadə olunması sistemli risklərin toplanmasına gətirib çıxara bilər. Bu səbəbdən model riskləri kredit və əməliyyat riskləri ilə ya­naşı Mərkəzi Bankın nəzarət prioritetləri sırasında yer alacaq.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanov rəqəm­sal transformasiyanın növbəti mərhələsin­də dövlət xidmətlərinin daha proaktiv və süni intellekt agentləri əsasında həyata keçirilməsinin nəzərdə tutulduğunu bildi­rib. Onun sözlərinə görə, ayrı-ayrı dövlət qurumları ilə imzalanmış yol xəritələri çərçivəsində bu istiqamətdə işlər aparılır. Fərid Osmanov, həmçinin texnoparkların fəaliyyət istiqamətləri ilə bağlı yeniliklə­ri açıqlayıb. Belə ki, 2027-ci il yanvarın 1-dən etibarən texnoparkların fəaliyyət dairəsinin genişləndirilməsi nəzərdə tutu­lur. Proqram təminatının hazırlanması və sistem inteqrasiyası ilə yanaşı, avadanlıq­ların istehsalı və yığılması, süni intellekt, dron və digər sahələr də bu əhatəyə daxil ediləcək.

İİTKM-in icraçı direktoru Vüsal Qa­sımlı bank sektorunda rəqəmsal transfor­masiyanın iqtisadi göstəricilərinə toxunub. O bildirib ki, süni intellekt və böyük ve­rilənlərin tətbiqi banklara kredit, likvidlik, bazar və əməliyyat risklərini daha dəqiq qiymətləndirməyə imkan yaradır. Onun sözlərinə görə, ölkədaxili nağdsız kart ödənişlərinin həcmi 25,6 faiz artaraq 99,1 milyard manat təşkil edib. Elektron ticarət əməliyyatlarının sayı 43,4 faiz, həcmi isə 29,8 faiz yüksəlib. İnternet və mobil bank­çılıq üzrə müştəri köçürmələrində müvafiq olaraq 12,4 və 14,3 faiz artım qeydə alınıb.

ABA-nın prezidenti Zakir Nuriyev isə biznes kreditləşməsində dövlət vəsa­itlərinin payının azalmasına diqqət çə­kib. Onun açıqlamasına görə, 2025-ci ilin sonu ilə 2026-cı ilin sentyabrı arasında bankların biznes kredit portfelində dövlət fondları hesabına maliyyələşən kreditlərin payı 12,5 faizdən 6,9 faizə düşüb. Son 12 ayda biznes kredit portfeli 18,6 faiz, dövlət fondları hesabına maliyyələşən biznes kre­ditləri isə 14,7 faiz artıb.

Azərbaycan Fintex Assosiasiyası İdarə Heyətinin sədri Edqar Abdullayev bank­larla maliyyə texnologiyaları şirkətləri ara­sındakı münasibətlərə toxunub. O bildirib ki, Azərbaycanda banklar fintex şirkətləri­ni hələ də gəlirli seqmentlərdə rəqib kimi görürlər. Halbuki bu şirkətlərə yalnız rəqib və texnologiya təchizatçısı deyil, strateji tərəfdaş kimi yanaşılmalıdır.

***

X Beynəlxalq Bankçılıq Forumunun ilk günündə regional maliyyə əməkdaşlı­ğının inkişafı baxımından da mühüm ad­dımlar atılıb. Belə ki, Azərbaycan Banklar Assosiasiyası Mərkəzi Asiya Fintex Asso­siasiyası və Tacikistan Banklar Assosiasi­yası ilə iki anlaşma memorandumu imza­layıb. Sənədlərin imzalanması Azərbaycan maliyyə sektorunun regional tərəfdaşlarla əlaqələrinin genişləndirilməsi, bankçılıq və maliyyə texnologiyaları sahəsində təc­rübə mübadiləsi üçün yeni imkanlar yara­dır. 

X Beynəlxalq Bankçılıq Forumu bu gün də işini davam etdirəcək. 

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Noyabr 2026 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see319

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see305

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see280

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see277

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see274

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see261

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see252

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see240

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see234

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see233

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see233

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see230

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see229

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see227

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see212

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see212

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see209

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see209

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see203

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri