Icma.az
close
up
RU
Bakıda kafe restoranlara ən çox pul xərclənən rayonlar SİYAHI

Bakıda kafe restoranlara ən çox pul xərclənən rayonlar SİYAHI

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu ilin yanvar-iyun aylarında Bakı şəhərində ictimai iaşə sektorunda müşahidə olunan canlanma kafe və restoranların dövriyyəsinə də əks olunub.

Bakıvaxtı.az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, paytaxtın ümumi iaşə dövriyyəsi 2024-cü ilin eyni dövrü ilə müqayisədə real ifadədə 15,7 % artaraq 864 milyon 262,5 min manata çatıb. Ən çox dövriyyə qeydə alınan rayon isə Səbail olub.

Səbail rayonu 294 milyon 355,4 min manatlıq göstərici ilə siyahıda liderdir. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,7 % artım deməkdir.

İkinci yerdə 127 milyon 786,3 min manatlıq dövriyyə ilə Nərimanov rayonu qərarlaşıb. Burada artım tempi daha yüksək - 31,5 % təşkil edib. İlk üçlüyü isə 90 milyon 862,7 min manatla Nəsimi rayonu tamamlayır (+0,6 %).

Növbəti yerlərdə Yasamal (85 milyon 420,7 min manat, +12,7 %), Xətai (71 milyon 006,4 min manat, +17 %), Nizami (50 milyon 874,8 min manat, +19,4 %), Binəqədi (43 milyon 795,3 min manat, +10,8 %), Xəzər (33 milyon 272,9 min manat, +6,6 %), Qaradağ (24 milyon 868,6 min manat, +19,4 %) və Sabunçu (22 milyon 768,8 min manat, +21,5 %) rayonları qərarlaşıb.

Ən aşağı dövriyyə göstəriciləri Suraxanı (14 milyon 730,3 min manat, -10,1 %) və Pirallahı (4 milyon 520,3 min manat, +24,6 %) rayonlarında qeydə alınıb.

Ümumilikdə, Bakı şəhərinin iaşə sektorunda dövriyyənin 57 %-i hüquqi şəxslərin, 43 %-i isə fərdi sahibkarların payına düşüb. Hüquqi şəxslərin dövriyyəsi ötən ilin eyni dövrünə nisbətən 11,3 % artaraq 496,7 milyon manat təşkil edib.

Bakıda kafe-restoran dövriyyəsinin rayonlar üzrə bölgüsü:

 

İaşə dövriyyəsinin dəyəri, min manat

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

Bakı şəhəri - cəmi

864 262,5

115,7

o cümlədən rayonlar:

Binəqədi

43 795,3

110,8

Xətai

71 006,4

117,0

Xəzər

33 272,9

106,6

Qaradağ

24 868,6

119,4

Nərimanov

127 786,3

131,5

Nəsimi

90 862,7

100,6

Nizami

50 874,8

119,4

Pirallahı

4 520,3

124,6

Sabunçu

22 768,8

121,5

Səbail

294 355,4

117,7

Suraxanı

14 730,3

89,9

Yasamal

85 420,7

112,7

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 Avqust 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri