Icma.az
close
up
RU
Bakıda kafe restoranlara ən çox pul xərclənən rayonların SİYAHISI

Bakıda kafe restoranlara ən çox pul xərclənən rayonların SİYAHISI

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu ilin yanvar-iyun aylarında Bakı şəhərində ictimai iaşə sektorunda müşahidə olunan canlanma kafe və restoranların dövriyyəsinə də əks olunub. Paytaxtın ümumi iaşə dövriyyəsi 2024-cü ilin eyni dövrü ilə müqayisədə real ifadədə 15,7 % artaraq 864 milyon 262,5 min manata çatıb. Ən çox dövriyyə qeydə alınan rayon isə Səbail olub.

Ölkə.az-ın Bakı şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, Səbail rayonu 294 milyon 355,4 min manatlıq göstərici ilə siyahıda liderdir. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,7 % artım deməkdir.

İkinci yerdə 127 milyon 786,3 min manatlıq dövriyyə ilə Nərimanov rayonu qərarlaşıb. Burada artım tempi daha yüksək - 31,5 % təşkil edib. İlk üçlüyü isə 90 milyon 862,7 min manatla Nəsimi rayonu tamamlayır (+0,6 %).

Növbəti yerlərdə Yasamal (85 milyon 420,7 min manat, +12,7 %), Xətai (71 milyon 006,4 min manat, +17 %), Nizami (50 milyon 874,8 min manat, +19,4 %), Binəqədi (43 milyon 795,3 min manat, +10,8 %), Xəzər (33 milyon 272,9 min manat, +6,6 %), Qaradağ (24 milyon 868,6 min manat, +19,4 %) və Sabunçu (22 milyon 768,8 min manat, +21,5 %) rayonları qərarlaşıb.

Ən aşağı dövriyyə göstəriciləri Suraxanı (14 milyon 730,3 min manat, -10,1 %) və Pirallahı (4 milyon 520,3 min manat, +24,6 %) rayonlarında qeydə alınıb.

Ümumilikdə, Bakı şəhərinin iaşə sektorunda dövriyyənin 57 %-i hüquqi şəxslərin, 43 %-i isə fərdi sahibkarların payına düşüb. Hüquqi şəxslərin dövriyyəsi ötən ilin eyni dövrünə nisbətən 11,3 % artaraq 496,7 milyon manat təşkil edib.(Report)

Bakıda kafe-restoran dövriyyəsinin rayonlar üzrə bölgüsü:

 

İaşə dövriyyəsinin dəyəri, min manat

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

Bakı şəhəri - cəmi

864 262,5

115,7

o cümlədən rayonlar:

Binəqədi

43 795,3

110,8

Xətai

71 006,4

117,0

Xəzər

33 272,9

106,6

Qaradağ

24 868,6

119,4

Nərimanov

127 786,3

131,5

Nəsimi

90 862,7

100,6

Nizami

50 874,8

119,4

Pirallahı

4 520,3

124,6

Sabunçu

22 768,8

121,5

Səbail

294 355,4

117,7

Suraxanı

14 730,3

89,9

Yasamal

85 420,7

112,7

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://olke.az
archiveBu xəbər 27 Avqust 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qarabağ la matçda adi vəziyyətdən qol buraxdıq Robbi Kin

26 Avqust 2025 21:16see230

Rusiya yanacaq ixracına qoyulan qadağanın müddətini uzadıb

26 Avqust 2025 02:36see228

“Düşündüm ki, başqa yolum yoxdur” 55 yaşında tələbə oldu

26 Avqust 2025 16:18see193

Sevil Nuriyeva qətlə yetirilən həyat yoldaşından yazdı: Bu dünyadan ağzı oruclu köçdü FOTO

26 Avqust 2025 04:44see148

Ərdoğan: Türkiyə terror probleminin aradan qaldırılması yolunda qətiyyətli addımlar atmağa davam edəcək

26 Avqust 2025 00:14see139

“Qarabağ” yeni hücumçu aldı FOTO

25 Avqust 2025 22:12see138

Dünyanın ən böyük narkokartelinin həmtəsisçisi günahını etiraf etdi

26 Avqust 2025 16:02see136

Bikinili fotoları ilə gündəm oldu FOTO

26 Avqust 2025 14:58see135

Azərbaycan Macarıstanla süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib

26 Avqust 2025 17:40see133

ABŞ İranın bu həmləsinin qarşısını aldı Tramp

25 Avqust 2025 21:46see133

2026 cı ildə bəxti gətirməyəcək bürclər

25 Avqust 2025 23:59see131

Çin avtomobilləri hansı yanacaqla sürülməlidir? Yaranan problemlərin səbəbləri

27 Avqust 2025 00:13see131

Dünya Bankı yenidənqurma üçün Livana 250 milyon dollar kredit ayırır

27 Avqust 2025 00:25see129

“Bütün təzyiq variantları uğursuzluğa məhkumdur”

26 Avqust 2025 17:43see128

“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”

26 Avqust 2025 16:01see128

Xocalı sakinlərinə əkin üçün torpaq icarəyə verilib

27 Avqust 2025 12:17see124

Paşinyanın dostundan müharibə etirafı: “Müharibə 100 illik təxirə salınıb”

26 Avqust 2025 14:53see115

“Zamanla daha yaxşı olacağımıza inanıram” Kaxaber Tsxadadze

25 Avqust 2025 23:12see114

Qauff məşqçisindən imtina etdi

25 Avqust 2025 23:53see112

ABŞ bayrağını yandıranlara 1 illik həbs cəzası Tramp qərarı imzaladı

25 Avqust 2025 22:11see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri