Icma.az
close
up
RU
Bakıda kafedə DƏHŞƏTLİ QƏTL: arvad uşağı yoxa çıxan kişi qaynını öldürdü

Bakıda kafedə DƏHŞƏTLİ QƏTL: arvad uşağı yoxa çıxan kişi qaynını öldürdü

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

CİNAYƏT İŞİ

Qısa arayış...

2018-ci il avqustun 20-də Bakıda qətl hadisəsi olur. Hüquq-mühafizə orqanları əməkdaşlarının baxış keçirməsi zamanı məlum olurk i, hadisə Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində yerləşən çayxananın qarşısında baş verib. Bıçaqla xəsarətlər alan 1970-ci il təvəllüdlü Faiq Mustafazadə xəstəxanada ölüb.

Bakı şəhər sakini 1974-cü il təvəllüdlü Samir Ağakişiyev 28-ci Polis Bölməsinə gələrək, törətdiyi əməli etiraf edib. 
Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, avqustun 4-ü saat 23 radələrində Samir Ağakişiyev özünə məxsus “Range Rover” markalı avtomobili Şərifzadə küçəsindəki 52 saylı binanın qarşısında saxlayarkən, “Daewoo” markalı maşını idarə edən Əbdüləli Əliyev ondan nəqliyyat vasitəsini kənara çəkməsini xahiş edib. Buna etiraz olaraq, qərəzli şəkildə yol verməyəcəyini bildirəndə, Samirlə Əbdüləli arasında mübahisə yaranıb. İctimai qaydanı kobud sürətdə pozan Samir Ağakişiyev öz avtomobilindən suvenir tipli xəncəri götürüb, uca səslə nalayiq ifadələr işlətməklə, Əbdüləli Əliyevin üzərinə hücum edib və onu hədələyib.

Bundan başqa, Samir Ağakişiyev, arvadı İlahə Ağakişiyevanın və oğlu Turalın qaynı Faiq Mustafazadə tərəfindən gizlədilməsini ehtimal edərək, Faiqə zəng edib. Faiq Mustafazadə bunu inkar edərək, ona böhtan atdığını bildirib. Onunla kobud danışmasını cüzi səbəb kimi bəhanə edən Samir Ağakişiyev avqustun 20-i saat 22:30-da Şəfayət Mehdiyev küçəsi, 109 ünvanında, çay evinin qarşısında xəncərlə 2 dəfə zərbə vuraraq qohumunu qəsdən öldürüb. 

Samir Ağakişiyev
İş üzrə dindirilmiş  Samir Ağakişiyev bildirib ki, Şərifzadə küçəsi, 160 ünvanına anası, arvadı və oğlu ilə birlikdə yaşayıb. 1998-ci ildən Yasamal rayonunda yerləşən 13 nömrəli orta məktəbdə bədən tərbiyəsi müəllimi işləyir:

“Qaynım Faiq Mustafazadəni içkiyə və narkotik vasitələrə meyilli insan kimi tanımışam. 2018-ci ildə, avqust ayının əvvəllərində evə gec gəldiyinə görə arvadım İlahə ilə münasibətlərimiz pozuldu. Ayın 6-da səhər işlərimlə əlaqədar evdən çıxmışdım, günorta qayıdanda yoldaşımla oğlumun evdə olmadığını gördüm. Axşama qədər gözləsəm də İlahə gəlmədi və telefonuna zəng çatmadı. Bundan narahat oldum. Təxminən bir həftə onları axtardım.

Faiq Mustafazadə

Arvadımın istifadəsində olan telefon nömrəsi mənim adıma olduğundan İlahənin son bir həftə ərzində daxil olan və çıxan zənglərin siyahısını əldə etdim. Avqustun 18-də “Qələbə” dairəsi adlanan ərazidə Faiqlə görüşdüm. İlahənin evdən çıxıb getdiyini deyəndə, qaynım bundan məlumatsız olduğunu bildirdi. Faiq mənə 2 gün ərzində İlahəni tapacağını söz verdi. Növbəti gün 102 xidmətinə zəng vurub arvadım və uşağımın itkin düşmələri barədə məlumat verdim. 29-cu PŞ-nə dəvət olundum. Ərizə yazaraq, onların fotoşəkillərini polis əməkdaşına verdim”.

Samir ayın 20-də Faiqə nə qədər zəng vursa da, nömrəsinə zəng çatmayıb. Saat 20 radələrində qohumunun kirayədə yaşadığı evə gedib:

“Lakin orada onu tapa bilmədim. Bir müddətdən sonra Faiq özü mənə zəng etdi. Yenə arvadımla övladımın harda olmasını soruşanda, qaynı ünvanıma ağır söyüşlər söydü. Harda olduğunu soruşanda qaynım “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığına gəlməyimi söylədi. Telefonumu söndürüb, evdən mənə suvenir kimi hədiyyə olunmuş xəncəri belimə qoyaraq, küçəyə çıxdım.

Taksi ilə Şəfayət Mehdiyev küçəsində yerləşən çayxananın qarşısından keçəndə, Faiqin 2 nəfərlə əyləşdiyini görüb maşından düşdüm. Qohumumla üzbəüz oturan dostları, yaxınlaşdığımı görüb Faiqə məlumat verdilər. Faiq oturaq vəziyyətdə mənə tərəf çevriləndə, telefonda kimi söydüyünü soruşdum. Faiq ayağa qalxmaq istəyəndə, xəncəri çıxarıb qarnına zərbə vurdum. Qaynım yerə yıxılmadı, əksinə mənə tərəf gələndə ona 2-ci dəfə zərbə endirdim. Bu zaman şalvarımın kəmərinə taxdığı təlim qumbarası yerə düşdü. Faiqin dostları müdaxilə etməyərək, dayanıb baş verənlərə baxırdılar. Onlardan biri Faiqi qucaqlayıb, bədənindən qan axdığını dedi.

“Cəhənnəmə axsın” deyib, xəncəri belimə keçirdim və piyada yaşadığım evə getdim. Anama qaynımı bıçaqladığımı bildirdim. Bir neçə saatdan sonra 28-ci PB-dən zəng vuran əməkdaş ora gəlməyimi dedi. Törətdiyim cinayəti etiraf etdim”. 

Faiq bölmədə üzərindəki bıçağı və qumbaranı əməkdaşlara təhvil verib. Faiqin xəstəxanaya aparılarkən yolda öldüyünü eşidib.

Samir Ağakişiyev qeyd edib ki, qaynını ünvanına söyüş söydüyünə görə qorxutmaq məqsədi ilə vurub. Təlim qumbarası məktəbdə dərs ləvazimatı kimi istifadə olunub. Faiqin yanında olan şəxslərə xəsarət yetirməyib.


Zərərçəkmiş Teymur İsmayılov ifadəsində göstərib ki, Faiq Mustafazadəni dostu Müşviqə görə tanıyıb. Faiq heç vaxt ailə həyatı qurmayıb, taksi sürücüsü işləyib:

“10 il ərzində onun narkotik vasitələrdən istifadə etməsinin şahidi olmamışam. Faiqin yeznəsi Samir Ağakişiyevi tanımırdım. Avqustun 20-də çayçıda olanda, Samir masaya yaxınlaşdı. Qısa sual-cavabdan sonra bıçaqla qaynına zərbələr vurdu. Faiq stulu götürüb Samirə tərəf tulladıqda, bıçaq yerə düşdü. Müşviq dərhal aləti götürmək istəyəndə, Samir onu qabaqladı. Sonra əlində qumbaranı göstərərək, hamını partladacağını dedi. Müşviq Samirə “camaata yazığın gəlsin, insanları bədbəxt eləmə” dedi. Sonra Ağakişiyev çevrilərək, ordan uzaqlaşdı. Təcili yardım briqadası Faiqi xəstəxanaya apardı”.


Məhkəmə iclasında Samir Ağakişiyev ittiham üzrə özünü qismən təqsirli bilib.
Vəkil Vidadi Mahmudov zərərçəkmiş şəxsin hüquqi varisi Nərminə Həmidovanın ölkə hüdudlarından kənarda olduğunu, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini bildirərək, mülki iddianın təmin edilməsini xahiş edib.
Məhkəmə hesab edib ki, Samir Ağakişiyevin Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.2.1-ci (xuliqanlıq, təkrar törədildikdə) maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilib. Odur ki o, həmin maddələrin sanksiyası həddində qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Ağakişiyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://lent.az
archiveBu xəbər 25 Sentyabr 2025 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see311

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see194

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see165

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see158

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see154

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see148

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see139

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see137

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see137

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see132

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see132

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see131

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see129

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see129

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see129

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri