Icma.az
close
up
RU
Bakıda kafedə müğənni ilə ofisiantın əlbəyaxa davası: Bəraət verildi

Bakıda kafedə müğənni ilə ofisiantın əlbəyaxa davası: Bəraət verildi

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Bakıda kafedə çalışan iki qadının davası məhkəmədə yekunlaşıb.

"Cebheinfo.az" xəbər verir ki, hadisə 2023-cü ilin yayında Ramana qəsəbəsində yerləşən “Bizim kafe” iaşə obyektində qeydə alınıb. 

Dava zamanı qadınlardan birinin başından ağır xəsarət (sağ gicgah sümüyünün sınığı) alması digərinə Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılmasına səbəb olub.

Araşdırmalar zamanı məlum olub ki, həmin kafedə ofisiant işləyən Zibeydə Kərimova (ad və soyadlar şərtidir) hadisə nəticəsində bədəninin müxtəlif nahiyələrindən çoxsaylı xəsarətlər alıb. Pivə bakalı ilə onun baş və digər nahiyələrinə zərbələr endirən qadın isə 41 yaşlı Tovuz sakini Gültən Cuvarova olub. O isə kafedə müğənni kimi fəaliyyət göstərib.

Qadınlar arasındakı davaya kafenin sahibi Ramazanla sevgili olmaları səbəb olub. Belə ki, Z.Kərimova kişinin onunla birgə olduğu müddətdə müğənni ilə də sevgili olmasını öyrənib. Bundan sonra o, Gültənlə bir neçə dəfə telefonda dalaşaraq mübahisə edib. Hadisə baş verən gün isə Zibeydə gecə saat 00:30 radələrində kafeyə gəlib. O, orada Gültənə hücum edib və qadınlar arasında dava-dalaş başlayıb. Dalaşan qadınları kafenin sahibi Ramazan və onun atası çətinliklə ayırıblar. Hadisə yerinə gələn polis əməkdaşları onları şöbəyə aparıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses sentyabrın 17-də başa çatıb. Məhkəmədə Gültən ona hücum edən qadına pivə bakalı ilə zərbələr endirmədiyini deyib və onun hansı şəraitdə xəsarət almasını bilmədiyini qeyd edib. Qadın əlbəyaxa mühabisə zamanı dırnağının sındığını da əlavə edib. Əvvəlki ifadələrində şikayətçi olan zərərçəkmiş zərərçəkmiş tərəf də təqsirləndirilən şəxslə oxşar ifadə verib və ondan şikayətçi olmadığını vurğulayıb.

Maraqlı məqam ondan ibarətdir ki, ortada Zibeydənin baş nahiyəsindən xəsarət alması ilə bağlı ekspert rəyi var. Zərərçəkmişin aldığı xəsarətin səbəblərinin araşdırılması üçün materiallar Suraxanı Rayon Prokurorluğuna göndərilib.

Məhkəmə işin hallarını nəzərə alaraq G.Cuvarovaya bəraət verib. Həmçinin onun üzərindəki ev dustaqlığı qətimkan tədbiri də ləğv edilib.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Sentyabr 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri