Icma.az
close
up
RU
Bakıda qadınlar arasında əlbəyaxa DAVA

Bakıda qadınlar arasında əlbəyaxa DAVA

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Bakının Suraxanı rayonunda 1998-ci il təvəllüdlü Almaz qonşusu Günaya (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin sentyabrın 29-da Suraxanı  rayonu, Suraxanı qəsəbəsində baş verib. 
Yevlax rayon sakini Almaz həmin gün saat 13:00-da qonşusu Günaya məxsus evin həyətində sonuncunun evinin dam hissəsində təmir işləri aparmasına mane olmaq istəyərkən aralarında yaranmış mübahisə zamanı yumruqla onun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vurub. 
Hadisəni törədən Almazın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Almaz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, zərərçəkmiş Günay ilə Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsində qonşu kimi yaşayır: 
“Qonşum Günayın yaşadığı evin həyətinə tikinti materialları gətirdiyini gördüm və onun evində nə işlər görəcəyi ilə maraqlandım. Bildirdi ki, yaşadığı evin dam örtüyünü təmir etdirəcəkdir. Mən öz növbəmdə ona bildirdim ki, əgər dam örtüyünü təmir edərsə, mənim evimin dam hissəsi yararsız hala düşəcək. Lakin Günay sözlərimə əhəmiyyət vermədi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, sentyabrın 29-da, saat 13:00-da yaşadığı evin həyətindən Günayın həyətində işləyən usta ilə danışmağa başlayıb: 
“Daha sonra Günay gələrək məni təhqir etməyə başladı. Bu zaman Günayın həyətinə daxil oldum və aramızda sözlə mübahisə yarandı. Mübahisə zamanı əsəbləşərək onunla əlbəyaxa oldum. Günay mənim saçlarımdan tutaraq dartdı. Mən isə özümü müdafiə etmək üçün onun əlini dişlədim, qol və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vuraraq ona bədən xəsarəti yetirdim, sonra həyətdən getdim. Növbəti gün Günayı küçədə görərək üzr istəsəm də, məni bağışlamayacağını və polisə şikayət edəcəyini bildirdi”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Günayın sözlərinə görə, yaşadığı evin həyətində və evin damında təmir-tikinti işləri aparmaq qərarına gəlib: 
“Təmir işlərinə başlamaq üçün tikinti materialları alaraq yaşadığım evin həyətinə gətirdim. Təmir işlərinə başladığımı görən qonşum Almaz mənə irad bildirərək təmir işləri aparacağım təqdirdə evinin dam hissəsinin korlanacağını bildirdi, təmir işləri aparmağına maneçilik törətmək istədi”. 
Almaz qeyd edib ki, sentyabrın 29-da, saat 13 radələrində usta evinin damını təmir etməyə başlayıb: 
“Günayın isə yaşadığı evin həyətindən mənim ünvanıma söz dediyini eşitdim və onu yaşadığım evin həyətinə çağırdım. Həmin vaxt usta üçün yemək hazırlayırdım və əlimdə olan bıçağı masanın üzərinə qoydum, Günaya tərəf getdim. Günay təmir işlərinə başlamağa icazə verməyəcəyini deyərək mənimlə sözlə mübahisə etməyə başladı və masanın üzərində olan bıçağı götürərək məni yaralamaq istədi. 
Daha sonra isə üzərimə hücum çəkərək mənimlə əlbəyaxa oldu. Sol əlimdən və sol qolumdan dişlədi, həmçinin  başıma yumruq zərbələri vurdu, saçlarımı yolmaqla xəsarətlər yetirdi. Daha sonra mən onun həyətindən getdim”. 
Bu cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılıb. 
Məhkəmənin hökmü ilə Almaz 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 
Təqsirləndirilən şəxsin üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulub.
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 İyun 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see944

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see569

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see314

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see299

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see297

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see294

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see290

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see248

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see222

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see198

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see191

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see190

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see188

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see188

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see188

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see185

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see183

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see179

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see171

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri