Bakıda kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatı keçiriləcək
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
Bakıda kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatı keçiriləcək. SİA Azərbaycan Kamandan Oxatma Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda müxtəlif bölgələrdən 60-a yaxın idmançı iştirak edəcək.
Kişi və qadın oxatanlar örtülü salonda üç yaş kateqoriyasında (16 yaşa qədər yeniyetmələr, 16-18 yaşlı gənclər və böyüklər) hədəfi 18 metrdən nişan alacaqlar.
Turnirin proqramına əsasən, fevralın 5-də məşq sessiyaları və sıralama atışları baş tutacaq. Ayın 6-da çempionata start veriləcək və oxatanlar mübarizəyə başlayacaqlar. Nəhayət, 1/4 finaldan finala qədər davam edəcək yarışa fevralın 7-də yekun vurularaq qaliblərin mükafatlandırılma mərasimi keçiriləcək.
Turnirin açılış mərasimi ayın 6-da Bakı İdman Sarayında baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 03 Fevral 2025 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















