Kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatı keçiriləcək
Cbcsport saytına istinadən Icma.az xəbər verir.
Bakıda kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatı keçiriləcək.
Yarışda müxtəlif bölgələrdən 60-a yaxın idmançı iştirak edəcək.
Kişi və qadın oxatanlar örtülü salonda üç yaş kateqoriyasında (16 yaşa qədər yeniyetmələr, 16-18 yaşlı gənclər və böyüklər) hədəfi 18 metrdən nişan alacaqlar.
Turnirin proqramına əsasən, fevralın 5-də məşq sessiyaları və sıralama atışları baş tutacaq. Ayın 6-da çempionata start veriləcək və oxatanlar mübarizəyə başlayacaqlar. Nəhayət, 1/4 finaldan finala qədər davam edəcək yarışa fevralın 7-də yekun vurularaq qaliblərin mükafatlandırılma mərasimi keçiriləcək.
Turnirin açılış mərasimi ayın 6-da Bakı İdman Sarayında baş tutacaq.

Bakıda Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatı keçiriləcək FOTOLAR KONKRET
27 Avqust 2025 11:40
Bakıda kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatı keçiriləcək
03 Fevral 2025 15:37
Pumse üzrə ölkə birinciliyi və çempionatı keçiriləcək
30 İyul 2025 16:30
Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatı çox yüksək səviyyədə təşkil olundu Anar Quliyev
30 Avqust 2025 16:47
Taekvondo üzrə ölkə birinciliyi və Azərbaycan çempionatı keçiriləcək
23 Dekabr 2024 22:09

