Bakıda “KamAZ”dan oğurluq edildi
Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.
Nərimanov rayonu ərazisində bir nəfərin “KamAZ” markalı avtomobilindən 850 manat dəyərində 2 ədəd akkumulyatorun oğurlanması barədə polisə məlumat daxil olub.
"Unikal" xəbər verir ki, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı F.Rəcəbov müəyyən olunaraq saxlanılıb.
Bundan başqa, rayon ərazisində yerləşən idman zallarının birində bir nəfərə məxsus içərisində 4000 manat, sürücülük vəsiqəsi və bank kartları olan pulqabını oğurlamaqda şübhəli bilinən 38 yaşlı M.Rəhimovanın saxlanılması da təmin edilib.
Araşdırmalar aparılır.
Baxış sayı:95
Bu xəbər 05 Aprel 2025 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















