Icma.az
close
up
RU
“Bakıda keçiriləcək dünya çempionatını qaçırmaq olmaz!” Tina Trstenyakın ə MÜSAHİBƏSİ

“Bakıda keçiriləcək dünya çempionatını qaçırmaq olmaz!” Tina Trstenyakın ə MÜSAHİBƏSİ

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Yaxın keçmişin ən parlaq cüdoçularından biri olan Tina Trstenyak öz yolunu yeni statusda davam etdirir.

Rio-2016 Olimpiya çempionu hazırda Kodokan katasının bütün yeddi növü üzrə sertifikata malikdir. Əfsanəvi sloveniyalı idmançı Azərbaycana dəfələrlə səfər edib, son illərdə isə Beynəlxalq Cüdo Federasiyasının (IJF) Akademiyasının tərkibində Bakıda çalışıb.

Trstenyak Bakıda gördüyü işlər və bir çox digər mövzular barədə İdman.Biz-ə müsahibə verib.

- Tina, 31 dekabr 2022-ci ildə cüdoçu karyeranızı rəsmi olaraq başa vurdunuz. Onun yekunlarını necə qiymətləndirirsiniz?

- Doğrudur, həmin gün cüdoda ilk karyeram - məhz yarış baxımından - başa çatdı. Məşqçimin, federasiyanın və əlbəttə ki, valideynlərimin birgə səyləri iki Olimpiya medalı, dünya çempionatlarının dörd və Avropa çempionatlarının yeddi medalı ilə mükafatlandırıldı. İdman karyeramın zirvəsi isə eyni vaxtda Olimpiya, dünya və qitə çempionu olmağım idi.

- Bir çoxları hesab edir ki, idmançının karyerası yalnız medallar və nəticələrdən ibarətdir. Siz bu fikirlə razısınızmı?

- Bu, karyeramın ən qısa xülasəsidir. Cüdodakı yol sadəcə mükafatların cəmi deyil. O, ən möhtəşəm arenalarda səslənən parlaq “hadzime” və “mate”lərin çox-çox kənarına uzanır. Cüdo insana inkişaf etməyə, cəmiyyətə töhfə verməyə və heç vaxt öyrənməyi dayandırmamağa kömək edir.

- Siz cüdoda “ikinci karyera”dan danışırsınız. Bu yol haradan başladı?

- Cüdodakı ikinci karyeram hələ yeni başlayıb. Eyni intizam və motivasiya ilə cüdoçunun niyə və necə çempion olduğunu daha dərindən anlamağa başladım. IJF prezidentinin təşəbbüsü ilə həyata keçirilən layihə sayəsində IJF Akademiyasının təhsil proqramlarına çıxış əldə etdim. Bu proqramlar, xüsusən də Kodokan tərəfindən təsnif edilmiş 100 texnikanın anlaşılmasına böyük təsir göstərdi. Paralel olaraq cüdodakı təhsil yolum məni hakimliyə gətirdi: əvvəlcə IJF-in qitə hakimlik lisenziyasını, daha sonra isə beynəlxalq hakimlik lisenziyasını aldım.

- Siz dəfələrlə Bakıda IJF Akademiyasının fəaliyyətində iştirak etmisiniz. Təəssüratlarınız necədir və yenidən gəlməyi planlaşdırırsınızmı?

- Bakıda IJF Akademiyasının işi məndə çox güclü təəssürat yaratdı. Bu, yüksək peşəkarlığın cüdonun ənənələrinə hörmət və daimi inkişaf istəyi ilə birləşdiyi unikal təhsil mühitidir. Tədrisin təşkili, müəllimlər və ümumi ab-hava inkişaf üçün həqiqətən ilhamverici məkan yaradır. Bu prosesin bir hissəsi olmaq, müxtəlif ölkələrdən olan həmkarlarla təcrübə mübadiləsi aparmaq və beynəlxalq mühitdə təhsilimi davam etdirmək mənim üçün şərəf idi. Fürsət yaranarsa, böyük məmnuniyyətlə yenidən Bakıya gələrəm - həm təhsilimi davam etdirmək, həm də Akademiyanın layihələrində iştirak etmək üçün.

- Bu il Azərbaycanın paytaxtı dünya çempionatına ev sahibliyi edəcək. Şübhəsiz ki, bu yarışı qaçırmayacaq və mübarizəni canlı izləyəcəksiniz?

- Şübhəsiz ki, belə bir tədbiri qaçırmaq olmaz! Bakıda təşkilatçılıq hər zaman ən yüksək səviyyədə olub. 2018-ci ildə də ölkənizdə keçirilən dünya çempionatında mübarizə aparmış və bürünc medal qazanmışdım. Yarışlar çox maraqlı olacaq, çünki Olimpiya təsnifat mərhələsi başlayır. Los-Anceles üçün lisenziya xalları uğrunda mübarizə gedəcək.

- Siz Kodokan katasının bütün yeddi növünü mənimsəmisiniz. Bu, sizdən nə tələb etdi?

- Kata üzrə təhsilimi başa çatdırmaq üçün katanın əlavə aspektlərini də öyrəndim. Onlardan biri hərəkət, tarazlıq və təbii qüvvələrin prinsiplərini simvolik şəkildə əks etdirir, digəri isə zirehli samurayların klassik texnikalarını qoruyaraq cüdonun tarixi köklərini göstərir. Mən intensiv təlim və imtahan mərhələsindən keçdim. Hazırda bütün yeddi kata üzrə sertifikatlarım var – imtahanların bir hissəsini Sloveniyada, bir hissəsini isə Avropada Kodokan seminarlarında vermişəm.

Zəki Feyzullayev

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 17 Yanvar 2026 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri