Icma.az
close
up
RU
“Bakıda keçiriləcək dünya çempionatında yenidən olmaq istərdim” Tanınmış yapon cüdoçunun ə EKSKLÜZİV MÜSAHİBƏSİ

“Bakıda keçiriləcək dünya çempionatında yenidən olmaq istərdim” Tanınmış yapon cüdoçunun ə EKSKLÜZİV MÜSAHİBƏSİ

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tatami yaponiyalı idmançı Soiçi Haşimotonu dəfəlkərlə azərbaycanlı cüdoçular - Rüstəm Orucov və Hidayət Heydərovla üz-üzə gətirib. Yaponiyalı cüdoçu dünya çempionatında qazandığı dörd medaldan birini məhz Bakıda əldə edib.

İdman.Biz-ə verdiyi eksklüziv müsahibədə Soiçi Haşimoto azərbaycanlı cüdoçularla keçirdiyi yaddaqalan görüşləri xatırlayıb və paytaxtımıza yenidən səfər edə biləcəyini istisna etməyib.

- Son yarışınız Tokio “Böyük dəbilqə”si oldu və burada beşinci yeri tutdunuz. Bundan sonra karyeranı başa vurmaq qərarı gəldi, yoxsa bu, daha əvvəl formalaşmışdı?

- Qərar tədricən yetişirdi. Tokiodan sonra hiss etdim ki, fiziki baxımdan artıq özüm üçün qəbul etdiyim səviyyəni göstərə bilmirəm. Mən həmişə gözəl, sürətli, texnikalı döyüşməyə çalışmışam, amma bir anda görürsən ki, bərpa prosesi yavaşıyır, hərəkətlər əvvəlki kimi iti olmur. Tokio turniri bir növ son siqnal oldu: edə biləcəyim hər şeyi etdim və özümə və cüdo idmanına hörmət əlaməti olaraq dövrü bitirməyin vaxtı çatıb.

- Dünya çempionatlarında beş dəfə medal qazanmısınız. Onlardan biri də yeddi il əvvəl Bakıda əldə etdiyiniz gümüş medal idi. O çıxış sizə necə xatırlanır?

- Bakı turniri mənim üçün çox xüsusi idi. Zalın inanılmaz enerjisini hiss edirdim – Azərbaycanda azarkeşlər çox emosionaldır və cüdonu sevirlər. Həmin vaxt formada öz zirvə nöqtəmdə idim və hər görüş sanki bir nəfəsdə keçirdi. Təbii ki, qızıl medalı əldən vermək təəssüf doğurur - finaldakı koreyalı ilə görüşün son anını bu günə qədər çox yaxşı xatırlayıram. Amma ümumilikdə bu, həyatımın ən parlaq turnirlərindən biridir. Bax elə Bakıda başa düşdüm ki, ən güclülərlə rəqabət apara və bütün dövr ərzində sabit qala bilərəm.

- Siz dəfələrlə azərbaycanlı cüdoçular Hidayət Heydərov və Rüstəm Orucova qarşı mübarizə aparmısınız. Bu qarşılaşmalardan yaddaqalan məqamlar varmı?

- Bəli, onlarla döyüşlər həmişə çətin və maraqlı olurdu. Orucov inanılmaz tempə və təzyiqə malikdir, o, heç vaxt rəqibə rahatlanmaq imkanı vermir. 2017-ci ildə Budapeştdə dünya çempionatının finalında onunla görüşümüzdə əlavə vaxtda çox çətinliklə qələbə qazandım.

Hidayət isə fərqli tip rəqibdir, daha partlayışlıdır. Onun anı hiss etmə qabiliyyəti çox dəqiqdir və bir anlıq gecikmə belə görüşü uduzdura bilər. Tatamiyə çıxanda anlayırdım ki, səhv etməyə yer yoxdur. Məhz belə rəqabət insanı inkişaf etdirir.

- Tokio “Böyük dəbilqə”sinin finalında Hidayətə uduzduqdan sonra çoxları Olimpiadada sizin qarşılaşmanızı gözləyirdi. Lakin siz 1/4 finalda fransalı Qaba qarşı uduzdunuz və nəticədə bürünc medal qazandınız. Bu nəticə nə dərəcədə məyusedici oldu?

- Təbii ki, finala çıxmaq arzum var idi. Olimpiada xüsusi təzyiqdir və ən yaxşı səviyyəmi göstərmək istəyirdim. Bəlkə də bu istək həddindən artıq idi. Qaba ilə görüşdə “qolden skor”da səhv etdim və döyüşün gedişatını dəyişə bilmədim. Amma bürünc də medaldır və özümü toparlayıb bunu qazanmağıma görə qürur duyuram. Məyusluq var idi, əlbəttə, amma bu, yaxşı dərs oldu: ən vacib şey hər vəziyyətdə sakit və çevik qalmaqdır.

- Sizcə, hazırda cüdo necə inkişaf edir? Qaydalardakı dəyişikliklərdən sonra daha dinamik olubmu?

- Bəli, cüdo çox daha sürətli və aktiv olub. Qaydalardakı dəyişikliklər idmançıları hücuma, kombinasiyalar qurmağa məcbur edir. Döyüşü ləngidən bir çox elementlər çıxarılıb və yarışlara baxmaq tamaşaçılar üçün daha maraqlı olub. Bəzən elə gəlir ki, müasir gənclər artıq əvvəllər mümkünsüz görünən templə döyüşürlər. İdmanımızın inkişaf etməsi, daha baxımlı olması çox sevindiricidir. Bu, cüdonun gələcəyi üçün çox yaxşıdır.

- Gələn il Bakı dünya çempionatına ev sahibliyi edəcək. Sizi yenidən Azərbaycanın paytaxtında görmək mümkün olacaqmı?

- Əgər qrafik imkan versə, gəlmək istərdim - bəlkə qonaq kimi, bəlkə analitik kimi, bəlkə də məsləhətçi qismində. Bakıyla bağlı çox xoş xatirələrim var və yenidən bu şəhərdə olmaqdan məmnun olardım. Amma hələlik konkret qərar yoxdur.

- Deməli, hansısa formada cüdoda qalacaqsınız?

- Məşqçilik işinə daha çox vaxt ayırmaq istəyirəm. Gənc cüdoçulara təcrübə ötürmək, xüsusən də texnikanın tərz formalaşdıran detallarını öyrətmək mənim üçün maraqlıdır. Bundan əlavə, bir az dincəlmək, ailəmə vaxt ayırmaq istəyirəm. Ən əsası - cüdoda qalmaq istəyirəm. Bu, mənim həyatım, mədəniyyətim, enerjimdir. Sadəcə bundan sonra yeni rolda.

Zəki Feyzullayev

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 24 Noyabr 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see175

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri