Icma.az
close
up
RU
Bakıda keçirilən III Beynəlxalq Statistika Forumu başa çatıb

Bakıda keçirilən III Beynəlxalq Statistika Forumu başa çatıb

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 26 sentyabr, AZƏRTAC

Bakıda keçirilən III Beynəlxalq Statistika Forumunun 3-cü günündəki sessiya “Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) statistikası” mövzusunda keçirilib.

AZƏRTAC xəbər verir ki, sessiyaya sədrlik edən BMT yanında Avropa İqtisadi Koissiyasının statistika bölməsinin rəhbəri Tiina Luyqe çıxış edərək bildirib ki, DİM hər bir ölkədə özünəməxsus formada həyata keçirilir. BMT-nin DİM ilə əlaqədaq qəbul etdiyi 17 məqsəd arasında yoxulluğun və aclığın tamamilə aradan qaldırlıması, səhiyyə və təhsilin əlçatanlığının təmin olunması, layiqli əmək və iqtisadi inkişaf, gender bərabərliyi, iqlim dəyişmələrinə qarşı mübarizə prioritet hesab edilir. Dövlətlərin bu məqsədlərə necə nail olmasını müəyyən etmək üçün mütləq statistik hesablamalara və təhlillər lazımdır. Məhz stasistik göstəriciləri müəyyən etməklə DİM necə həyata keçirildiyini bilmək və meydana çıxan problemləri həll etmək olar.

Nəzərə çatdırılıb ki, müasir dünyanın inkişafını proqnozlaşdırmaq və gələcəyin yol xəritəsini hazırlamaqda statistikanın üzərinə böyük öhdəliklər düşür. Bugünkü forumun məqsədi də milli statistika qurumlarının birlikdə müzakirə apararaq DİM-in göstəricilərini aydınlaşdırmaqdan ibarətdir. Bunun üçün təcrübə mübadiləsi, yeniliklərin paylaşılması, rəqəmsal texnologiyaların öyrənilməsi və tətbiqi zəruridir.

Sonra Dövlət Statistika Komitəsinin sədr müavini Rauf Səlimov “DİM statistikası: təşkil olunmadan nəticələrə qədər” mövsunda çıxış edərək bildirib ki, DİM statistikasını aparmaq əhalinin siyahıyaalınmasından daha çətindir: “BMT-nin bu təşəbbüsünün statistikasını dəqiq aparmaq üçün Azərbaycan Prezidentinin tapşırığı ilə Milli Koordinasiya Şurası yaradıldı, Dövlət Statistika Komitəsində yeni şöbə təşkil olundu, informasiya mənbələri müəyyən edildi, beynəlxalq təşkilatla əlaqə quruldu və məlumatların toplanmasına başlandı. Bu gün Azərbaycan DİM statistikasını uğurla həyata keçirir və təcrübəsini paylaşmağa hazırdır”.

Daha sonra Belarusun, Qırğızıstanın müvafiq qurumlarının rəhbərləri, UNİCEF-in Avropa və Mərkəzi Asiya regionu üzrə ofisinin təmsilçisi, MDB Statistika Komitəsinin sədr müavini, UNESCO-nun Statistika İnstitutunun regional müşaviri, BMT-nin Ərzaq Proqramı (FAO) və Əhali Fondunun (UNFPA) nümayəndələri, Rusiya Вövlət Satatistika Xidmətinin məsləhətçisi və digər ekspertlər çıxış edərək müasir statistkanın problemlərindən, qarşıda duran vəzifələrdən danışdılar, fikir mübadiləsi aparıblar.

III Beynəlxalq Statistika Forumunun həmsədri, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov çıxış edərək bildirib ki, tədbirdə toplaşan qonaqlar dünya üçün mühüm əhəmiyyət daşıyan məsələləri müzakirə ediblər: “Bu müzakirələr dövlətlərimizin strateji inkişafı üçün olduqca lazımdır. Qlobal xarakterli inkişaf məqsədlərinə çatmaq üçün əməkdaşlıq əlaqələrinin genişlənməsi çox vacib məsələdir. Forumun adından MDB sözləri çıxarılsın. Çünki artıq 3-cü dəfədir ki, forum keçirilir və MDB çərçivəsində, regional xarakter daşımaqdan çıxaraq beynəlxalq əhəmiyyət daşımağa başlayıb. Forumda Asiyadan, Avropadan, Latin Amerikasından mütəxəsislər və dövlət rəsmiləri iştirak etdilər. İştirakçılar çox faydalı təkliflər və ideyalar irəli sürərək ümumi işin irəli aparılması üçün fəaliyyət göstərdilər”.

Tahir Budaqov bütün iştirakçılara təşəkkür edərək uğurlar arzulayıb.

MDB Statistika Komitəsinin sədri Konstantin Laykam çıxış edərək forumun təşkilinə, qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə, hökumətinə və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin kollektivinə təşəkkürünü bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:255
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Sentyabr 2025 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see339

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see329

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see321

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see312

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see307

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see299

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see293

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see282

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see275

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see271

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see251

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see234

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see231

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see222

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see219

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see214

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see196

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see187

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see181

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri