Bakıda III Beynəlxalq Aqrar İnnovasiya Forumu keçiriləcək
Icma.az bildirir, Baku.ws portalına istinadən.
Bakıda "Caspian Agro Week" - 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumunun üçüncü günündə, yəni mayın 7-də III Beynəlxalq Aqrar İnnovasiya Forumu keçiriləcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzində şöbə müdiri Sevda Hacıyeva Foruma həsr olunmuş mətbuat konfransında bildirib.
O, qeyd edib ki, forum Mərkəzin təşkilatçılığı ilə baş tutacaq və tədbir çərçivəsində bir neçə panel müzakirə təşkil ediləcək: "İlk panel müzakirə aqrar sahədə rəqəmsallaşma və süni zəka mövzusuna həsr ediləcək. Həmçinin forum çərçivəsində Afrika-Azərbaycan əməkdaşlıq imkanlarına dair panel müzakirə olacaq. Bu panel müzakirədə Afrikadan 11 ölkədən 60-dan artıq nümayəndə və iş adamı iştirak edəcək ki, onların iştirakı ilə aqrobiznes, qida sənayesi və eləcə də loqistika sahələrində əməkdaşlıq imkanları müzakirə ediləcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 28 Aprel 2026 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















