Icma.az
close
up
RU
Bakıda keçirilmiş WUF13 Çin mediasında geniş işıqlandırılıb

Bakıda keçirilmiş WUF13 Çin mediasında geniş işıqlandırılıb

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 12 iyun, AZƏRTAC

Azərbaycanda keçirilmiş Dünya Şəhərsalma Forumunun XIII Sessiyası haqqında “Xalq” qəzetinin baş redaktorunun birinci müavini, Azərbaycanın Əməkdar jurnalisti Hümbət Musayevin “Bakı təhlükəsiz və dayanıqlı şəhərlər gündəliyi: WUF13 - Azərbaycan və Çin əməkdaşlığının yeni platforması” sərlövhəli məqaləsi Çinin “Sinxua” (Xinhua) agentliyinin və “Jenmin Jibao” qəzetinin rəsmi internet səhifələrində rus dilində yayımlanıb. Bu, Azərbaycanın qlobal şəhərsalma gündəliyində roluna, Bakıda keçirilmiş WUF13-ün beynəlxalq əhəmiyyətinə və Azərbaycan-Çin əməkdaşlığının yeni məzmununa nüfuzlu Çin mediaları tərəfindən göstərilən yüksək diqqətin ifadəsidir.

AZƏRTAC xəbər verir ki, məqalədə WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun, təşkilatçılıq imkanlarının və davamlı şəhərsalma gündəliyinə töhfəsinin mühüm göstəricisi kimi qiymətləndirilir. Forumda təhlükəsiz, dayanıqlı, inklüziv və insan mərkəzli şəhərlərin qurulması məsələsinin qlobal müzakirənin mərkəzinə gətirildiyi xüsusi vurğulanır. Bu kontekstdə Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında həyata keçirdiyi bərpa-quruculuq işləri ölkənin müasir urbanizasiya yanaşmasının praktik nümunəsi kimi təqdim edilir. Forumun Qafqaz regionunda ilk dəfə keçirilməsi faktının özü Azərbaycanın coğrafi mövqeyini, sadəcə, Şərqlə Qərb arasında körpü kimi deyil, həm də qlobal şəhərsalma ideyalarının, davamlı inkişaf modellərinin və beynəlxalq əməkdaşlıq təşəbbüslərinin kəsişdiyi məkan kimi təqdim etməyə imkan yaradır.

Müəllif Azərbaycan-Çin xəttinə də xüsusi diqqət yetirir. Ulu Öndər Heydər Əliyevin Azərbaycan-Çin münasibətlərinin təməlinin qoyulmasında tarixi rolu, Prezident İlham Əliyevin bu siyasəti yeni dövrün çağırışlarına uyğun uğurla davam etdirməsi, eləcə də Çin Xalq Respublikasının Sədri Si Cinpinlə formalaşmış yüksək etimad mühiti vurğulanır. Si Cinpinin WUF13-ə xüsusi nümayəndəsini göndərməsi, Çinin yüksək səviyyəli nümayəndəsinin Prezident İlham Əliyevlə görüşməsi və forum çərçivəsində Şanxay mükafatının təqdimatı Çinin Bakı forumuna verdiyi mühüm əhəmiyyətin göstəricisi kimi dəyərləndirilir. Eyni zamanda, Çin təcrübəsi ağıllı şəhərlər, yaşıl urbanizasiya, rəqəmsal idarəetmə, dayanıqlı nəqliyyat və şəhər-kənd inteqrasiyası baxımından Azərbaycan üçün mühüm öyrənilə bilən təcrübə kimi göstərilir.

Ümumilikdə məqalədə WUF13 Azərbaycanın beynəlxalq şəhərsalma gündəliyində fəal iştirakının, Bakının qlobal dialoq platforması kimi güclənməsinin və Azərbaycan-Çin əməkdaşlığının yeni istiqamətlər üzrə inkişaf potensialının ifadəsi kimi təqdim edilir. Bakı forumunun əsas mesajı ondan ibarətdir ki, gələcəyin şəhərləri yalnız texnologiya və infrastruktur üzərində qurulmamalı, şəhərlərin uğuru isə təkcə tikinti miqyası ilə deyil, insanların təhlükəsiz yaşayışı, iqlim risklərinə hazırlıq, sosial bərabərlik və şəhər mühitinin keyfiyyəti ilə ölçülməlidir. Onun əsas dayaqları təhlükəsizlik, sosial ədalət, iqlim dayanıqlılığı, ekoloji məsuliyyət və insan ləyaqətidir. Həmçinin mənzil artıq sadəcə olaraq sosial təminat məsələsi deyil, təhlükəsiz, inklüziv, dayanıqlı və insan mərkəzli şəhər modelinin əsas dayağıdır.

Qeyd edək ki, “Sinxua” Çin Xalq Respublikasının ən mühüm informasiya agentliklərindən biri olmaqla, ölkənin rəsmi xəbər və informasiya məkanında xüsusi yer tutur və Çin haqqında xəbərlərin beynəlxalq auditoriyaya çatdırılmasında aparıcı platformalardan sayılır. Sosial media hesablarının ümumi izləyici sayı 1 milyardı ötür. “Jenmin Jibao” isə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin rəsmi qəzeti kimi Çinin ictimai-siyasi və ideoloji informasiya sistemində xüsusi nüfuza malikdir, onun çoxdilli onlayn platforması Çinin mövqeyinin və beynəlxalq gündəmin geniş oxucu auditoriyasına çatdırılmasında mühüm rol oynayır. Saytlar mobil tətbiqlər və sosial media kanalları üzrə 940 milyondan çox oxucuya malikdir.

Bu baxımdan məqalənin hər iki nüfuzlu media resursunda yayımlanması WUF13-ün Bakı gündəliyinin beynəlxalq informasiya məkanında ciddi rezonans doğurduğunu, Azərbaycanın bu sahədəki uğurlarının geniş beynəlxalq auditoriyaya çatdırılmasının xüsusi əhəmiyyət daşıdığını göstərir.

Məqalə ilə aşağıdakı linklərə keçid etməklə tanış ola bilərsiniz:

https://russian.news.cn/20260610/5c470f8c1c494914b6aa38e7ff82c2d6/c.html

https://russian.people.com.cn/n3/2026/0611/c31520-20466295.html

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyun 2026 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri