Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

WUF13 ün yekunları Çin mediasında

WUF13 ün yekunları Çin mediasında

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda keçirilmiş Dünya Şəhərsalma Forumunun XIII Sessiyası haqqında “Xalq qəzeti”nin baş redaktorunun birinci müavini, Azərbaycanın Əməkdar jurnalisti Hümbət Musayevin “Bakı təhlükəsiz və dayanıqlı şəhərlər gündəliyi: WUF13 – Azərbaycan və Çin əməkdaşlığının yeni platforması” sərlövhəli məqaləsi Çinin “Sinxua” agentliyinin və “Jenmin Jibao” qəzetinin rəsmi internet səhifələrində rus dilində yayımlanıb. Bu, Azərbaycanın qlobal şəhərsalma gündəliyində roluna, Bakıda keçirilmiş WUF13-ün beynəlxalq əhəmiyyətinə və Azərbaycan-Çin əməkdaşlığının yeni məzmununa nüfuzlu Çin mediaları tərəfindən göstərilən yüksək diqqətin ifadəsidir.

Məqalədə WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun, təşkilatçılıq imkanlarının və davamlı şəhərsalma gündəliyinə töhfəsinin mühüm göstəricisi kimi qiymətləndirilir. Forumda təhlükəsiz, dayanıqlı, inklüziv və insan mərkəzli şəhərlərin qurulması məsələsinin qlobal müzakirənin mərkəzinə gətirildiyi xüsusi vurğulanır. Bu kontekstdə Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları əsasında həyata keçirdiyi bərpa-quruculuq işləri ölkənin müasir urbanizasiya yanaşmasının praktik nümunəsi kimi təqdim edilir. Forumun Qafqaz regionunda ilk dəfə keçirilməsi faktının özü Azərbaycanın coğrafi mövqeyini, sadəcə, Şərqlə Qərb arasında körpü kimi deyil, həm də qlobal şəhərsalma ideyalarının, davamlı inkişaf modellərinin və beynəlxalq əməkdaşlıq təşəbbüslərinin kəsişdiyi məkan kimi təqdim etməyə imkan yaradır.

Müəllif Azərbaycan-Çin xəttinə də xüsusi diqqət yetirir. Ulu öndər Heydər Əliyevin Azərbaycan-Çin münasibətlərinin təməlinin qoyulmasında tarixi rolu, Prezident İlham Əliyevin bu siyasəti yeni dövrün çağırışlarına uyğun uğurla davam etdirməsi, eləcə də Çin Xalq Respublikasının Sədri Si Cinpinlə formalaşmış yüksək etimad mühiti vurğulanır. Si Cinpinin WUF13-ə xüsusi nümayəndəsini göndərməsi, Çinin yüksəksəviyyəli nümayəndəsinin Prezident İlham Əliyevlə görüşməsi və forum çərçivəsində Şanxay mükafatının təqdimatı Çinin Bakı forumuna verdiyi mühüm əhəmiyyətin göstəricisi kimi dəyərləndirilir. Eyni zamanda, Çin təcrübəsi “ağıllı şəhər”lər, yaşıl urbanizasiya, rəqəmsal idarəetmə, dayanıqlı nəqliyyat və şəhər-kənd inteqrasiyası baxımından Azərbaycan üçün mühüm öyrənilə bilən təcrübə kimi göstərilir.

Ümumilikdə, məqalədə WUF13 Azərbaycanın beynəlxalq şəhərsalma gündəliyində fəal iştirakının, Bakının qlobal dialoq platforması kimi güclənməsinin və Azərbaycan-Çin əməkdaşlığının yeni istiqamətlər üzrə inkişaf potensialının ifadəsi kimi təqdim edilir. Bakı forumunun əsas mesajı ondan ibarətdir ki, gələcəyin şəhərləri yalnız texnologiya və infrastruktur üzərində qurulmamalı, şəhərlərin uğuru isə təkcə tikinti miqyası ilə deyil, insanların təhlükəsiz yaşayışı, iqlim risklərinə hazırlıq, sosial bərabərlik və şəhər mühitinin keyfiyyəti ilə ölçülməlidir. Onun əsas dayaqları təhlükəsizlik, sosial ədalət, iqlim dayanıqlılığı, ekoloji məsuliyyət və insan ləyaqətidir. Həmçinin mənzil artıq sadəcə olaraq sosial təminat məsələsi deyil, təhlükəsiz, inklüziv, dayanıqlı və insan mərkəzli şəhər modelinin əsas dayağıdır.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 İyun 2026 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see333

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see332

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see331

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see327

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see312

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see263

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see262

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see249

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see237

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see237

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see217

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see214

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see212

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see209

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see208

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see208

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see208

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see189

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri