Icma.az
close
up
RU
Bakıda “Kibernetika və informatikanın problemləri” mövzusunda VI beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB

Bakıda “Kibernetika və informatikanın problemləri” mövzusunda VI beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 26 avqust, AZƏRTAC

Avqustun 26-da Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunda “Kibernetika və informatikanın problemləri” (PCI 2025) mövzusunda VI beynəlxalq konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfrans Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Türkiyənin Ege Universiteti, Ukraynanın V.M.Qluşkov adına Kibernetika İnstitutu, Qazaxıstanın İnformasiya və Hesablama Texnologiyaları İnstitutu və Yunanıstanın Fessali Universitetinin təşkilatçılığı ilə baş tutub.

Tədbiri açan İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov konfransın aktual mövzulara həsr olunduğunu bildirib. Konfransın açılış panelində İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Əminağa Sadıqov, ABŞ-ın Ueyn Dövlət Universitetinin professoru Boris Morduxoviç, Qazaxıstanın İnformasiya və Hesablama Texnologiyaları İnstitutunun professoru Orken Mamırbayev və ABŞ Beynəlxalq Elektrik və Elektronika Mühəndisləri İnstitutunun (IEEE) professoru Abzetdin Adamov çıxış ediblər.

Daha sonra konfrans plenar sessiya və seksiyalarla davam edib.

Konfransın əsas məqsədi elmi-tədqiqat müəssisələri, universitetlər, beynəlxalq təşkilatlar, dövlət və özəl sektorlardan olan nümayəndələri bir araya gətirərək kibernetika və informatika sahələrində mövcud elmi və praktiki problemlərin müzakirə edilməsidir.

Hibrid formatda keçirilən və üç gün davam edəcək konfransda Azərbaycan, Türkiyə, Yaponiya, Qazaxıstan, Avstriya, Özbəkistan, Ukrayna, Rusiya, Qırğızıstan, ABŞ, Belarus, Slovakiya, Çin, Gürcüstan, Bolqarıstan, Monteneqro, Yunanıstan, Macarıstan, Estoniya, Avstraliya, Latviya, Böyük Britaniya, Fransa, Moldova, Belçika, Polşa, Kanada, Yaponiya, İsveç və digər ölkələrin alim və tədqiqatçıları iştirak edirlər.

Beynəlxalq konfransa ümumilikdə 240 məruzə təqdim edilib, onlardan 140 məruzə qəbul olunub. Seçilmiş məruzələrin “IEEE Xplore” elektron kitabxanasına daxil edilməsi nəzərdə tutulur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:211
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Avqust 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri