Icma.az
close
up
RU
Bakıda “Azərbaycanda alman memarlığı” mövzusunda beynəlxalq konfrans başlayıb

Bakıda “Azərbaycanda alman memarlığı” mövzusunda beynəlxalq konfrans başlayıb

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 11 iyun, AZƏRTAC

İyunun 11-də AMEA-da “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Azərbaycanda alman memarlığı” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), Alman-Azərbaycan Cəmiyyəti və AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə Türkiyə, Almaniya, Gürcüstan və digər ölkələrin alimləri ilə yanaşı, ölkəmizin tanınmış memarları, tarixçilər və mədəniyyət xadimləri də iştirak ediblər.

Əvvəlcə konfrans çərçivəsində AzMİU-nun Memarlıq fakültəsində fotosərgiyə baxış keçirilib. Sərgidə universitetin rektoru professor Gülçöhrə Məmmədova, Alman-Azərbaycan Cəmiyyətinin sədri professor Çingiz Abdullayev, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini Xalq rəssamı Ağəli İbrahimov və AzMİU-nun Memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədova çıxış edərək sərginin elmi və mədəni əhəmiyyətindən danışıblar.

AMEA-nın Əsas binasında keçirilən beynəlxalq konfransı giriş nitqi ilə Memarlıq və İncəsənət İnstitutunun direktoru AMEA-nın müxbir üzvü, professor Ərtegin Salamzadə açıb. Direktor qeyd edib ki, bu ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi, eyni zamanda, BMT-nin ən nüfuzlu tədbirlərindən biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bakıda keçirilməsi Azərbaycanın qlobal miqyasda şəhərsalma və memarlıq mərkəzi kimi mövqeyini bir daha möhkəmləndirir.

Ərtegin Salamzadə bildirib ki, Bakı XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində, xüsusilə İçərişəhər ətrafında formalaşan memarlıq mühitində alman memarlarının mühüm izi olan şəhərlərdən biridir. Həmin dövrdə alman memarlarının iştirakı ilə inşa edilən yaşayış, ictimai və digər təyinatlı binalar şəhərin memarlıq simasının formalaşmasında əhəmiyyətli rol oynayıb.

Direktor çıxışında Azərbaycanda alman məskənlərinin tarixi, alman memarlarının fəaliyyəti, ölkəmizdə bu günədək qorunub saxlanılan alman memarlıq nümunələri və bu irsin gələcək nəsillərə ötürülməsinin vacibliyi məsələlərinə də toxunub. O, yalnız Bakıda deyil, Azərbaycanın müxtəlif bölgələrində almanların kompakt şəkildə yaşadıqlarını, həmin ərazilərdə də alman memarlığına aid izlərin mövcud olduğunu diqqətə çatdırıb.

Daha sonra çıxış edən Alman-Azərbaycan Cəmiyyətinin sədri professor Çingiz Abdullayev Azərbaycanda alman memarlıq irsinin əhəmiyyətindən bəhs edib, alman memarlığı nümunələrinə ölkəmizin müxtəlif bölgələrində – xüsusilə Göygöl, Şəmkir və Gədəbəy ərazilərində rast gəlindiyini bildirib. Qeyd edib ki, bu nümunələr XIX–XX əsrlərdə formalaşmış mədəni-memarlıq mühitinin ayrılmaz tərkib hissəsidir.

Professor Çingiz Abdullayev alman memarlığının ən dəyərli nümunələrindən birinin Bakı şəhərində yerləşən Alman-lüteran kilsəsi olduğunu vurğulayıb. Bildirib ki, 1899-cu ildə istifadəyə verilmiş bu abidə həmin dövrdə Bakının ən nadir memarlıq incilərindən biri kimi tanınıb və şəhərin memarlıq simasında xüsusi yer tutub.

Tədbirdə bir qrup şəxs Almaniya-Azərbaycan memarlığının və dostluq ənənələrinin inkişafındakı xidmətlərinə görə Alman-Azərbaycan Cəmiyyəti tərəfindən diplomla təltif olunublar.

Konfransda, həmçinin Türkiyənin Çanaqqala Onsəkkiz Mart Universitetinin professoru Vedat Çalışkan, AMEA Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri memarlıq üzrə elmlər doktoru Rahibə Əliyeva, həmin institutun elmi işçisi Ellada Abbasova, Gürcüstan-Almaniya Assosiasiyasının sədri Aleksandr Feldmayer, almaniyalı tədqiqatçı İnge Şturm, Türkiyənin Özyeğin Universitetinin tədqiqatçısı Ayşegül Özer və AzMİU-nun doktorantı Aygün İmanova məruzələrlə çıxış ediblər. Çıxış edənlər alman memarlıq məktəbinin Cənubi Qafqazda, xüsusilə Azərbaycanda formalaşmasına təsir edən tarixi-sosial amillər, alman memarlarının şəhərsalma prosesində rolu, ayrı-ayrı regionlarda qorunub saxlanılan memarlıq nümunələrinin tədqiqi və mühafizəsi məsələlərindən bəhs ediblər. Məruzələrdə memarlıq irsinin yalnız tarixi abidə kimi deyil, eyni zamanda, mədəni yaddaş, identiklik və müasir şəhərin inkişafı üçün strateji resurs kimi dəyərləndirilməsinin vacibliyi vurğulanıb.

İyunun 12-də konfrans iştirakçılarının Göygöl rayonuna səfəri nəzərdə tutulub. Səfər zamanı qonaqların rayon rəhbərliyi ilə görüşü, alman memarlıq abidələri ilə tanışlığı və bölgənin tarixi-mədəni irsini əks etdirən məkanları ziyarət etməsi planlaşdırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2026 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri