Icma.az
close
up
RU
Bakıda “Kıbrıs evi”nin açılışı olub

Bakıda “Kıbrıs evi”nin açılışı olub

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 2 iyun, AZƏRTAC

Bakıda “Kıbrıs evi”nın açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycanın turizm ictimaiyyətinin nümayəndələri, Milli Məclisin deputatları və media təmsilçiləri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən Azərbaycan Termal və Sağlamlıq Turizminə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev “Millennium Tourizm & Congress” DMC və Lefke Avropa Universitetinin uzunmüddətli birgə səyləri və dəstəyi ilə yaradılan “Kıbrıs evi” barədə məlumat verib.

O deyib: “Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) arasında əlaqələrin genişləndirilməsinə və daha yüksək səviyyədə inkişafına töhfə verəcək. Bu əlamətdar hadisə Lefke Avropa Universitetinin 35 illik yubileyinə təsadüf edir. Xoş bir təsadüfdür ki, bu il həm də “Millennium Tourizm”in Şimali Kipr Türk Cümhuriyyəti ilə əməkdaşlığının 20 illiyidir. Biz bu günkü tədbirin baş tutması üçün uzun və gərgin bir fəaliyyət dövrü keçmişik. Bakıda “Kıbrıs evi”nin açılması bizim ən böyük arzumuz idi. 20 il öncə xəyalını qurduğumuz bir layihəni bu gün reallaşdırırıq. Sevincliyik, qürurluyuq”.

Lefke Avropa Universiteti İdarə Heyətinin sədri Enver Öztürk vurğulayıb ki, Azərbaycanda Şimali Kipr Türk Cümhuriyyətini təmsil edəcək bu ev iki ölkə qardaşlığının daha da möhkəmlənməsinə xidmət edəcək: “Mən 20 il əvvəl ŞKTC-nin turizm naziri olanda belə bir ifadə işlətmişdim ki, Azərbaycan-Türkiyə- Şimali Kipr Türk Cümhuriyyəti bir millət, üç dövlətdir. Dövlətlərarası münasibətlər əvvəlcə siyasi, daha sonra digər müstəvilərdə formalaşır. Azərbaycanda “Kıbrıs evi”nin açılması bu əlaqələri daha da genişləndirəcək”.

Lefke Avropa Universitetinin rektoru Mehmet Ali Yükselen bildirib ki, Azərbaycana hər gəlişində özünü doğma vətənində olduğu kimi hiss edir. “Azərbaycanlı tələbələrin təmsil etdiyi universitetə getdikcə daha çox maraq göstərməsi məni sevindirir. Lefke Avropa Universitetinin dünya reytinqində öncül yerlərdə qərarlaşdığını deyən rektor bildirib ki, təmsil etdiyi ali təhsil ocağında təlim proqramları beynəlxalq standartlara və akkreditasiyalara uyğundur ki, bu da yüksək keyfiyyətli təhsili və diplomların bütün dünyada tanınmasını təmin edir”, -deyə M.A.Yükselen əlavə edib.

Milli Məclisin deputatı Jalə Əliyeva qeyd edib ki, 21-ci yüz il türk əsridir. Onun sözlərinə görə, parlamentdə Azərbaycan-Kipr İşçi Qrupunun yaradılması Şimali Kiprin haqqını tanımaq istəməyənlərə bir qardaş cavabıdır.

Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı rəsmi nümayəndəsi Ufuk Turganer Azərbaycanda çalışmağın, ölkəsinin təmsilçiliyini həyata keçirməyin onun üçün ayrı bir zövq olduğunu diqqətə çatdırıb. “Prezident İlham Əliyevin siyasətinin mühüm bir istiqaməti türk dövlətlərinin birliyidir. Bu siyasət bu gün ölkələrimiz arasında əlaqələrin daha da inkişafını şərtləndirir. Bizim əsas vəzifəmiz də bu siyasəti dəstəkləmək və həyata keçirməkdir”, -deyə o əlavə edib.

Sonra tədbir iştirakçıları Şimali Kiprin tarixini əks etdirən fotoşəkillərə baxıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:299
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyun 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see438

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see380

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see266

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see249

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see240

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see234

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see226

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see222

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see219

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see198

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see196

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see192

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see185

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see184

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see181

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see180

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see179

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see175

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see164

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri