Icma.az
close
up
RU
Bakıda kirayə ev axtaran tələbələr üçün VACİB XƏBƏR

Bakıda kirayə ev axtaran tələbələr üçün VACİB XƏBƏR

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı kimi böyük şəhərdə kirayə ev tapmaq tələbələrin qarşısında duran ən böyük çətinliklərdən biridir. Universitetlərə yaxın olmaq, qiymətin büdcəyə uyğun gəlməsi və mənzilin şəraiti – bunların hamısı seçim zamanı əsas rol oynayır. Bəs paytaxtda tələbələr üçün ən bahalı və ən sərfəli kirayə evlər harada yerləşir?

“Yeni Sabah” gələn aydan paytaxta axın edəcək tələbələr üçün bu məsələni araşdırıb.

Belə ki, Bakının mərkəzində – Nizami küçəsi, Fəvvarələr meydanı, İçərişəhər ətrafı və dənizkənarı bulvara yaxın ərazilərdə kirayə qiymətləri kifayət qədər yüksəkdir. Burada mənzillərin aylıq icarəsi 1500–2500 manatdan başlayır. Port Baku və Flame Towers kimi prestijli komplekslərdə isə bu rəqəm 3000 manata qədər yüksəlir. Belə mənzillər, adətən, xarici vətəndaşlara və ya yüksək gəlirli ailələrə təklif olunur. pizza sifarişi

Tələbələr üçün daha çox əlçatan olan seqment isə orta qiymət diapazonudur. 28 May, Elmlər Akademiyası, Gənclik və Nərimanov kimi metrostansiyaların yaxınlığında kirayə qiymətləri 600–1000 manat arasında dəyişir. Bir neçə tələbə birlikdə yaşadığı halda bu xərclər bölüşdürülərək daha sərfəli olur. Eyni zamanda həm universitetlərə yaxınlıq, həm də şəhərin mərkəzinə rahat çıxış imkanı tələbələr üçün əlavə üstünlükdür.

Ən sərfəli kirayə evlər isə paytaxtın kənar ərazilərində yerləşir. Əhmədli, Neftçilər, Xalqlar Dostluğu, Binəqədi və Yasamalın kənar məhəllələrində mənzillərin qiyməti 300–500 manat arasında dəyişir. Burada metroya uzaqlıq müəyyən mənada problem yaratsa da, qiymət baxımından tələbələr üçün daha münasibdir.

Qeyd edək ki, Bakıda kirayə bazarı çox genişdir, lakin tələbələr üçün ən praktik seçim həm qiymət, həm də yol məsafəsi baxımından orta seqmentdə yerləşən mənzillərdir. Xüsusilə Elmlər Akademiyası, Gənclik və Nərimanov metrosu ətrafı tələbələr üçün həm əlçatan, həm də əlverişli yaşayış imkanları təqdim edir.

Aytac Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 18 Avqust 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see375

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see336

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see330

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see323

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see322

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see317

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see309

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see302

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see299

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see275

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see267

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see259

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see257

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see251

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see250

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see246

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see233

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see213

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see209

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri