Icma.az
close
up
RU
Bakıda kişi arvadını ona cavab qaytardığına görə döydü KONKRET

Bakıda kişi arvadını ona cavab qaytardığına görə döydü KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Bakının Sabunçu rayonunda 1996-cı il təvəllüdlü İntizam həyat yoldaşı Aytənə (adlar şərtidir – red.) xəsarət yetirib.

KONKRET.az bildirir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin mayın 1-də baş verib. Tovuz rayon sakini İntizam həmin gün səhər saat 5 radələrində yaşadıqları evdə ailə-məişət zəminində aralarında yaranmış münaqişə zamanı arvadı Aytənin üz və bədən nahiyələrindən qəsdən bir neçə dəfə əli ilə vurub.

İntizamın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən İntizam ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Aytən ilə ailə həyatı qurduqdan bəri aralarında mütəmadi mübahisələr olub: “Mən kafedə ofisiant işlədiyim üçün və bədənimdə ağrılar olduğundan ara sıra spirtli içki qəbul edirdim. Hadisə olan günü də içkili vəziyyətdə evə gəldim və aramızda evə gec gəlməyimə görə mübahisə yarandı. Mübahisə zamanı Aytən mənimlə uca səslə danışdığına görə ona əsəbləşdim. Onun üz və bədən nahiyələrinə 2 dəfə əlim ilə zərbələr endirdim. Bundan sonra yataq otağına keçərək yatdım”.

Aytənin sözlərinə görə, İntizam ilə 5 illik evliliklərindən bir övladları olub: “Ailəli olduğumuz müddətdə İntizamın içki içməyinə görə mübahisələr etmişik. Sonuncu dəfə də hadisə günü təxminən gecə saat 1 radələrində İntizam evdə olan pulu da götürərək getdi. Həmin gün təxminən saat 4 radələrində geri qayıdan zaman sərxoş vəziyyətdə idi. Mənim üzərimə gələrək lüzumsuz mübahisə yaratdı. Mübahisə zamanı üz və bədən nahiyəmə əli ilə bir neçə dəfə zərbələr endirdi, mənə xəsarət yetirdi”.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə İntizam 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində Bakı şəhərinin hüdudlarını tərk etməsi, hər gün axşam saat 23:00-dan növbəti gün səhər saat 06:00-dək yaşayış yerini tərk etməsi qadağan olunub.

Bundan əlavə onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 Fevral 2026 21:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see365

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see281

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see269

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see257

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see255

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see240

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see238

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see232

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see232

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see226

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see221

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see221

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see218

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see204

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see205

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see203

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see203

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see198

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see191

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri